
Bakı8
Elektrik (Caspian Plaza)

შეთანხმებით
Elektrik (Caspian Plaza)
შემოწმებულიადღეს
ქალაქიBakı
თარიღი
ნახვები8
ნომერი№5645865
აღწერა
AQA Şirkətlər Qrupu Caspian Plaza üçün "Elektrik" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
Binaların elektrik sistemlərinin təhlükəsiz və fasiləsiz fəaliyyətinin təmin edilməsi;İşıqlandırma, rozetka, açar, kabel xətləri və elektrik avadanlıqlarının quraşdırılması, yoxlanılması və təmirinin həyata keçirilməsi;Elektrik panelləri, avtomat açarlar, kabellər və torpaqlama sistemlərinin texniki vəziyyətinə nəzarət edilməsi;Elektrik nasazlıqlarının, qısaqapanma və digər texniki problemlərin aşkarlanması və aradan qaldırılması;Elektrik avadanlıqlarının profilaktik baxış və texniki xidmət işlərinin aparılması;Generator və UPS sistemlərinin işinə nəzarət edilməsi, aşkar olunan nasazlıqlar barədə rəhbərliyə məlumat verilməsi;Elektrik ölçü cihazlarından istifadə etməklə yoxlama və ölçmə işlərinin aparılması;Lift, havalandırma və kondisioner sistemlərinin elektrik təchizatı ilə bağlı ilkin texniki yoxlamaların həyata keçirilməsi;Əməyin mühafizəsi, elektrik təhlükəsizliyi və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi;İcra olunan işlər, istifadə edilən materiallar və aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə müvafiq məlumatların təqdim edilməsi.
Tələblər:
Müvafiq sahə üzrə iş təcrübəsi (1-3 il);Elektrik və elektronik idarəetmə ilə işləyən avadanlıq və təchizatların konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilmək;Sertifikat/vəsiqə/lisenziya: müvafiq istiqamət üzrə arzuolunandır;Fiziki cəhətdən sağlam;Məsulliyyətlilik, punktuallıq;İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;Komandada işləmək bacarığı.
Əlavə məlumat:İş günləri: 5 günlük iş qrafiki, şənbə qısa iş günü, həftədə 1 gün istirahət günü;İş saatı: 09:00-18:00.Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunacaq.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Orta səviyyəli
Şirkət: AQA Şirkətlər Qrupu
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/agagroup/agagroup-elektrik-caspian-plaza-21466/apply
რეკლამა










