Prayk

Elektrik montyoru

1 000 ₼
შემოწმებულიადღეს
ქალაქიBakı

№6346510·ნახვები: 1

აღწერა

Vəzifə və funksional öhdəliklər: Tikinti layihələri üzrə elektrik montaj və istismar işlərinin təsdiqlənmiş layihə-smeta sənədlərinə uyğun icrası; Elektrik sistemləri və avadanlıqlarının texniki istismarına nəzarət edilməsi; Aşkar edilmiş texniki uyğunsuzluqlar və nasazlıqlar üzrə korrektiv tədbirlərin həyata keçirilməsi; Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın aparılması və təmiri; Elektrik təhlükələrin və kənarlaşma hallarının müəyyən edilməsi; Elektrik sistemində mövcud olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması; Müvafiq elektrik cizgilərinin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi; Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi; Aşınmış avadanlıqların təmiri və bərpası; Elektrik avadanlıqların dəyişdirilməsi ilə bağlı təkliflərin hazırlanması; Elektrik işlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi; Yeni elektrik avadanlıq və cihazların quraşdırılmasının həyata keçirilməsi; Layihə rəhbəri və sahə rəisləri ilə koordinasiyalı fəaliyyətin təmin edilməsi. Namizədə dair tələblər (Kvalifikasiya və səriştələr): Müvafiq ixtisas üzrə minimum 1-2 il iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə üstünlükdür); Müvafiq sahə üzrə peşə və ya Ali təhsil arzuolunandır; Müvafiq ixtisas sənədi, sertifikat və icazələrin olması üstünlükdür; Elektrik sxemləri, layihə çertyojları və texniki normativ sənədlərlə işləmə bacarığı; Elektrik təhlükəsizliyi üzrə normativ aktlar və tikinti standartları haqqında biliklər; Analitik düşünmə, məsuliyyətlilik və intizamlı iş yanaşması; Komandada işləmə və funksional tabelik prinsiplərinə uyğun fəaliyyət bacarığı. İş şəraiti: İş yeri: Bakı şəhəri, Mərdəkan qəs. İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: 1000-1200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır). Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Elektrik montyoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208497/elektrik-montyoru
რეკლამა