
Bakı1
Elektrik mühəndisi

შეთანხმებით
Elektrik mühəndisi
შემოწმებულიადღეს
ქალაქიBakı
თარიღი
ნახვები1
ნომერი№5507388
აღწერა
Transformator, UPS, generator, ATS, düzləndirici qurğular və elektrik paylayıcı panellərin etibarlı və fasiləsiz fəaliyyətinə nəzarət etmək;Elektrik avadanlıqlarının iş rejimini mütəmadi yoxlamaq, istismar göstəricilərini qeydə almaq və aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;Elektrik avadanlıqları üzrə profilaktik və planlı texniki xidmət işlərini təşkil etmək və həyata keçirmək;Elektrik yüklərini, fazalar üzrə cərəyan bölgüsünü və avadanlıqların yüklənmə səviyyəsini mütəmadi izləmək;BMS vasitəsilə elektrik sistemlərinin vəziyyətini və yaranan həyəcan siqnallarını (alarm) izləmək;Qəza və nasazlıqların araşdırılmasında iştirak etmək, onların yaranma səbəblərini müəyyənləşdirmək və təkrarlanmasının qarşısını almaq üçün müvafiq tədbirlər görmək;Texniki xidmət, sınaq və təmir işləri zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, eləcə də təsdiq edilmiş prosedurlara riayət etmək;Texniki baxış, sınaq və təmir işləri üzrə müvafiq qeydləri və hesabatları aparmaq;Podratçı şirkətlər tərəfindən həyata keçirilən elektrik işlərinə nəzarət etmək və görülmüş işlərin keyfiyyətini yoxlamaq;Elektrik avadanlıqlarına dair texniki sənədləri, elektrik sxemlərini və istismar qeydlərini aktual vəziyyətdə saxlamaq;Enerji istehlakı göstəricilərinin toplanması və təhlili prosesində iştirak etmək;Data mərkəzin 24/7 əməliyyat fəaliyyətini növbəli iş rejimində həyata keçirmək;
Tələblər:
Ali təhsil (Elektrik mühəndisliyi, Energetika mühəndisliyi və ya əlaqəli texniki ixtisaslar üzrə);Elektrik avadanlıqlarının istismarı və texniki xidməti sahəsində minimum 1 il iş təcrübəsi;Transformator, UPS, generator və elektrik paylayıcı sistemlər haqqında nəzəri və praktiki biliklər;Elektrik sxemlərini oxumaq və texniki sənədlərlə işləmək bacarığı;MS Office proqramları ilə işləmək bacarığı;Dil bilikləri: İngilis dili – texniki səviyyədə (arzuolunandır);Operativ qərarvermə və problem həll etmə bacarığı;Komandada işləmək, effektiv kommunikasiya və məsuliyyətlilik bacarığı.Qəza və fövqəladə hallarda operativ reaksiya vermək və stres altında işləmək bacarığı;Diqqətlilik, məsuliyyətlilik və texniki prosedurlara ciddi riayət etmək bacarığı.
Vakansiya növü: Növbə əsasında
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: AzInTelecom MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/azintelecom/azintelecom-elektrik-muhendisi-46569898/apply
რეკლამა











