
Bakı6
Elektrik sistemləri üzrə usta
Elektrik sistemləri üzrə usta
შეთანხმებით
შემოწმებულია3 დღის წინ
ქალაქიBakı
თარიღი
ნახვები6
ნომერი№4217575
აღწერა
İş sahəsi: Çin istehsalı elektrik və Plug-in Hibrid avtomobilləri
Vəzifə öhdəlikləri:
Elektrik və Plug-in Hibrid avtomobillərinin elektrik sistemlərinin diaqnostikası, texniki xidməti və təmirinin həyata keçirilməsi;
Yüksək gərginlikli (High Voltage) sistemlərin və komponentlərin texniki vəziyyətinin yoxlanılması;
Yüksək gərginlikli batareya sistemi, inverter, elektrik mühərriki və digər əlaqəli komponentlərin diaqnostikası;
12V elektrik sistemi, akkumulyator və digər elektrik avadanlıqlarının yoxlanılması və təmiri;
Elektrik naqilləri, konnektorlar, qoruyucular, relelər və digər elektrik komponentlərində yaranan nasazlıqların müəyyən edilməsi;
Diaqnostika cihazlarından istifadə etməklə sistem xətalarının müəyyənləşdirilməsi və aradan qaldırılması;
Elektrik sxemlərinin oxunması və texniki təlimatlara uyğun təmir işlərinin aparılması;
Təmir və texniki xidmət zamanı təhlükəsizlik qaydalarına, xüsusilə yüksək gərginlikli sistemlərlə işləmə tələblərinə riayət edilməsi;
Görülmüş işlərin istehsalçı standartlarına uyğun və yüksək keyfiyyətlə icra edilməsi.
Namizədə tələblər:
Müvafiq sahə üzrə minimum 3 il rəsmi iş təcrübəsi;
Avtomobil elektrik sistemləri üzrə peşəkar bilik;
Elektrik və Plug-in Hibrid avtomobillərinin konstruksiyası və iş prinsipi barədə bilik;
Yüksək gərginlikli avtomobil sistemləri ilə işləmə təcrübəsi;
Elektrik sxemlərini oxumaq və texniki sənədlərlə işləmək bacarığı;
Kompüter diaqnostikası və servis avadanlıqlarından istifadə bacarığı;
Multimetr və digər ölçü cihazları ilə işləmək bacarığı;
Nasazlıqların səbəbini müəyyənləşdirmək və texniki həll yolu tapmaq bacarığı;
Texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
Komandada işləmək bacarığı.
Üstünlük hesab olunur:
BYD və digər Çin avtomobil markaları üzrə iş təcrübəsi;
Elektrik və Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi;
İstehsalçıya məxsus diaqnostika proqramları ilə işləmək bacarığı.
İş şəraiti
İş yeri “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi)
İş rejimi: 6 günlük iş qrafiki
İstirahət günü: Bazar günü
Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir.
Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Elektrik sistemləri üzrə usta” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.
Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/197551/elektrik-sistemleri-uzre-usta
მსგავსი განცხადებები










შეთანხმებით
Məlumat Təhlükəsizliyinin idarə edilməsi və uyğunluğu istiqaməti üzrə mütəxəssis
Bakı08.10.2026




