Prayk
Əməliyyatlar üzrə menecer — Nəqliyyat, logistika, anbar
8 105 ₼

Əməliyyatlar üzrə menecer

შემოწმებულიადღეს

№6442909·ნახვები: 9

აღწერა

İş yeri: Ələt Azad İqtisadi Zona Əmək haqqı: 8105 AZN GROSS Birbaşa tabeliyində olan vəzifələr: Təchizat sifarişi meneceri (Supply Order Manager) Müştəri sifarişləri üzrə menecer (Customer Order Manager) Vəzifənin məqsədi Əməliyyatlar üzrə Menecer şirkətin bütün əməliyyat proseslərinin səmərəli təşkili, idarə edilməsi, əlaqələndirilməsi və optimallaşdırılmasına cavabdehdir. Vəzifənin əsas məqsədi təchizat zəncirinin fasiləsiz fəaliyyətini təmin etmək, sifarişlərin vaxtında və düzgün icrasına nəzarət etmək, anbar və logistika əməliyyatlarını idarə etmək, əməliyyat xərclərini optimallaşdırmaq və yüksək xidmət keyfiyyətinə nail olmaqdır. İlkin mərhələdə vəzifə sahibi mövcud 3PL (Third-Party Logistics) logistika tərəfdaşının fəaliyyətinə nəzarət edəcək. Növbəti mərhələdə isə şirkətin öz yerli anbar və logistika infrastrukturunun yaradılması, müvafiq komandanın formalaşdırılması və idarə edilməsi prosesinə rəhbərlik edəcək. Namizədə dair tələblər Dil bilikləri: ingilis və rus dili bilikləri mütləqdir. Təhsil: Logistika, Təchizat Zəncirinin İdarə Edilməsi, Biznesin İdarə Edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil. İş təcrübəsi: Əməliyyatların idarə edilməsi, logistika və ya təchizat zəncirinin idarə edilməsi sahəsində minimum 5 il iş təcrübəsi. Menecer və ya rəhbər vəzifəsində minimum 2-3 il təcrübə. Anbar və inventar idarəetməsi sahəsində praktiki təcrübə. 3PL logistika şirkətləri ilə iş və onların fəaliyyətinin idarə edilməsi təcrübəsi. Anbar və logistika komandalarının qurulması və idarə edilməsi təcrübəsi üstünlükdür. Peşəkar bilik və bacarıqlar: Supply Chain Management və Logistics Management üzrə biliklər. Warehouse və Inventory Management üzrə praktiki biliklər. Order Management və Transportation Management üzrə təcrübə. 3PL idarəetməsi və SLA nəzarəti üzrə biliklər. ERP və WMS sistemləri ilə işləmək bacarığı. Büdcə, xərc və performans təhlili bacarığı. Excel və hesabatlıq alətləri ilə işləmək bacarığı. Əməliyyat proseslərinin optimallaşdırılması və layihələrin idarə edilməsi bacarığı. Şəxsi keyfiyyətlər: Güclü liderlik və idarəetmə bacarığı. Analitik düşüncə və problem həll etmə qabiliyyəti. Yüksək məsuliyyət və təşəbbüskarlıq. Effektiv kommunikasiya və danışıqlar aparmaq bacarığı. Planlaşdırma və təşkilatçılıq qabiliyyəti. Nəticəyönümlülük və operativ qərarvermə bacarığı. Dəyişikliklərin idarə edilməsi və yeni proseslərin qurulması bacarığı. Əsas performans göstəriciləri (KPI) Sifarişlərin vaxtında və tam icra faizi (OTIF). Sifarişlərin düzgün icra faizi. Anbar ehtiyatlarının uçot dəqiqliyi (Inventory Accuracy). Anbar əməliyyatlarının məhsuldarlığı. Çatdırılmaların vaxtında həyata keçirilməsi faizi. Logistika və anbar xərclərinin büdcəyə uyğunluğu. Bir sifarişə düşən əməliyyat və logistika xərci. Məhsul itkisi, zədələnmə və qaytarılma göstəriciləri. 3PL xidmət təminatçısının SLA göstəricilərinə uyğunluğu. Əməliyyat proseslərinin optimallaşdırılması nəticəsində əldə edilən qənaət. Yeni anbarın vaxtında və büdcə çərçivəsində istifadəyə verilməsi. Yerli logistika komandasının formalaşdırılması və effektiv fəaliyyətinin təmin edilməsi. Vəzifə üzrə səlahiyyətlər Əməliyyat proseslərinin təkmilləşdirilməsi ilə bağlı qərar və təkliflər vermək. 3PL xidmət təminatçısından əməliyyat göstəriciləri və hesabatlar tələb etmək. Logistika və anbar prosesləri üzrə daxili prosedurların hazırlanmasını və tətbiqini təşəbbüs etmək. Əməliyyat büdcəsi və xərclərin optimallaşdırılması ilə bağlı təkliflər təqdim etmək. Komanda üzvlərinin iş bölgüsünü və fəaliyyətinə nəzarəti təşkil etmək. Yeni anbarın qurulması və logistika komandasının formalaşdırılması ilə bağlı layihələrə rəhbərlik etmək. Müvafiq səlahiyyətlər çərçivəsində logistika tərəfdaşları və təchizatçılarla danışıqlar aparmaq. Vəzifənin inkişaf perspektivi Bu vəzifə ilkin mərhələdə mövcud logistika və əməliyyat proseslərinin idarə edilməsini, xüsusilə 3PL tərəfdaşının fəaliyyətinə nəzarəti əhatə edir. Növbəti mərhələdə vəzifə sahibindən şirkətin öz anbar və logistika infrastrukturunun yaradılmasına rəhbərlik etmək, yerli logistika komandasını formalaşdırmaq və bütün əməliyyat fəaliyyətini müstəqil şəkildə idarə etmək gözlənilir. Uzunmüddətli perspektivdə Əməliyyatlar üzrə Menecer şirkətin bütün əməliyyat fəaliyyətinə rəhbərlik edən əsas idarəetmə fiqurlarından biri kimi çıxış etməlidir. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 8105 AZN Son müraciət tarixi: 27.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/cca-heinemann-distribution-mmc-emeliyyatlar-uzre-menecer-157133
რეკლამა