Dekorativ fiqurlar və şamqabı seti
- Mozaika naxışlı 4 ədəd şamqabı/kandelyabr: şüşə material, dairəvi forma, əl işi mozaika bəzək (qızılı, gümüşü, qara və rəngarəng elementlər). Fərqli ölçülər – 2 ədəd böyük, 2 ədəd kiçik. Çay şamları üçün uyğundur, işıqda parıltılı effekt yaradır.
- Porşelen/keramika mələk fiqurları: 3 ədəd, uzanmış pozada, ağ-qızılı qanadlı, yumşaq bej tonlarda boyanma. Konsol, komod və ya rəf üzərində cütlü dekor üçün ideal.
- Fil fiqurları: 6 ədəd müxtəlif ölçüdə, açıq krem rəngi, qızılı detal və güzgü mozaika bəzəkləri ilə. Kolleksiya və ya feng-şui dekoru üçün uyğun.
İnteryerə klassik-şərq ab-havası qatan, bir-biri ilə uyğunlaşan komplekt. Oturma otağı, yataq otağı, giriş holu və ya hədiyyə üçün gözəl seçimdir.