
Bakı3
İcraçı Memar (ArchiCAD / BIM)
İcraçı Memar (ArchiCAD / BIM)
900 ₼
შემოწმებულია2 კვირის წინ
აღწერა
MANARCH Architecture & Urban Design Studio komandası üçün layihələrin texniki mərhələsində işləyə bilən, məsuliyyətli və detallara diqqətli İcraçı Memar axtarır.
İş qrafiki: Bazar ertəsi – Cümə, 10:00–19:00
Qarşılıqlı razılaşma əsasında çevik iş qrafiki müzakirə oluna bilər.
Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
+994 51 777 35 37
[email protected]
Əgər peşəkar memarlıq mühitində çalışmaq və müxtəlifmiqyaslı layihələrin icrasında iştirak etmək istəyirsinizsə, CV və e-portfolionuzu bizə göndərin.
Qeyd: E-portfoliosuz müraciətlər nəzərdən keçirilməyəcək. Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər:
Memarlıq üzrə ali təhsil;
Minimum 2 il müvafiq iş təcrübəsi;
ArchiCAD proqramında yüksək səviyyədə işləmək bacarığı (mütləqdir);
BIM prinsipləri ilə işləmə təcrübəsi;
İşçi layihələrin və texniki detalların hazırlanması üzrə təcrübə;
Tikinti norma və qaydalarını bilməsi;
Microsoft Excel və ya Google Sheets proqramlarında işləmək bacarığı;
Məsuliyyətli, dəqiq və nəticəyönümlü yanaşma;
Vaxtın effektiv idarə edilməsi və komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Memarlıq layihələrinin işçi sənədlərinin hazırlanması;
Dizayn konsepsiyalarının icra layihəsinə çevrilməsi;
ArchiCAD (BIM) mühitində plan, fasad, kəsik və detalların hazırlanması;
Tikinti norma və qaydalarına uyğun texniki həllərin işlənməsi;
Tikinti prosesində müəllif nəzarətinin həyata keçirilməsi;
Mühəndislər, podratçılar və layihə komandası ilə koordinasiyalı iş.
Maaş: 900-1000 AZN
Yaş: 22-35
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
განცხადების წყარო
ორიგინალი განცხადების გახსნა© MANARCH MMC boss.az — ამ განცხადების ტექსტი, ფოტოები და სხვა მასალები მათ უფლებამფლობელებს ეკუთვნის.
ტექსტი, ფასი და საკონტაქტო ნომერი ისეა შენახული, როგორც წყაროზე, და ავტომატურად სინქრონიზდება. Prayk მხოლოდ აჩვენებს განცხადებას მეტ მყიდველს, ატარებს ბაზრის ანალიზს, ამოწმებს წყაროსა და განცხადების სანდოობას და ფოტოების ანალიზით აჩერებს დაკოპირებულ განცხადებებს. თუ ავტორი ან უფლებამფლობელი ხართ, შეგიძლიათ განცხადება დაიბრუნოთ მასში მითითებული ტელეფონის ნომრით ან მოითხოვოთ მისი წაშლა.
რეკლამა
მსგავსი განცხადებები














