
Bakı43
İnformasiya təhlükəsizliyinin tədrisi üzrə Mentor (Blue team)

შეთანხმებით
İnformasiya təhlükəsizliyinin tədrisi üzrə Mentor (Blue team)
გაანალიზებულია1 თვის წინ
აღწერა
Ekspert kibertəhlükəsizlik fənlərinin praktiki tədrisi, laboratoriya və simulyasiya mühitlərinin qurulması, CTF ssenarilərinin dizaynı və icrası, SIEM/SOC alətləri üzrə təlimlər, habelə imtahan və qiymətləndirmə proseslərinin idarə edilməsi üzrə məsuliyyət daşıyacaq. Vəzifə dərin texniki hazırlıqla yanaşı, güclü pedaqoji, təşkilati və kommunikasiya bacarıqları tələb edir; Kibertəhlükəsizlik fənlərinin praktiki tədrisini həyata keçirmək və tələbələrin bilik boşluqlarının aradan qaldırılmasına (Gap Closure) dəstək göstərmək; Hands-on laboratoriya sessiyalarını hazırlamaq, texniki mühiti qurmaq və sessiyaları aparmaq; CyWaria və Cyber Range platformalarında CTF ssenarilərini dizayn etmək, konfiqurasiya etmək və icrasını təmin etmək; SIEM/SOC alətləri (Splunk, Wazuh, QRadar və s.) üzrə praktiki təlimlər keçirmək; Hücum (Red Team) və müdafiə (Blue Team) texnikalarının nümayişini və praktiki tətbiqini təşkil etmək; İmtahan mühitini qurmaq, qiymətləndirmə prosesini aparmaq və rəy (feedback) dövrlərini idarə etmək; Vendor məhsulları üzrə təlim proqramlarını hazırlamaq və tədris etmək; Tədris fəaliyyətinə dair sənədləşdirmə, hesabatlılıq və monitorinq proseslərində iştirak etmək.
Vakansiya növü: Tam ştat
Şirkət: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/idda/idda-informasiya-tehlukesizliyinin-tedrisi-uzre-mentor-blue-team-14333837/apply
რეკლამა











