İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi olan mütəxəssis axtarır. Bu vəzifədə işə qəbul prosesini koordinasiya edəcək, kadr sənədləşməsini aparacaq və əməkdaşların gündəlik HR müraciətlərini cavablandıracaqsınız.
Vəzifə öhdəlikləri
Şöbələrin işə qəbul ehtiyaclarını müəyyənləşdirmək, vakansiya elanlarını hazırlamaq və paylaşmaq
Daxil olan CV-ləri dəyərləndirmək, namizədlərlə ilkin müsahibələr aparmaq və növbəti görüşləri təşkil etmək
Yeni əməkdaşların işə qəbul sənədlərini hazırlamaq və onların işə uyğunlaşmasına dəstək göstərmək
Əmək müqavilələri, məzuniyyətlər, vəzifə dəyişiklikləri və əmək münasibətlərinə xitamla bağlı sənədləşməni aparmaq
Əməkdaşların şəxsi işlərini və kadr məlumatlarını aktual saxlamaq
Davamiyyət və məzuniyyət uçotunu aparmaq, müvafiq hesabatları hazırlamaq
Əməkdaşların iş qrafiki, məzuniyyət və daxili prosedurlarla bağlı suallarını cavablandırmaq
Namizədə tələblər
İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi
İşə qəbul və kadr sənədləşməsi üzrə praktiki təcrübə
Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə biliklər
MS Office, xüsusilə Excel və Word proqramlarında işləmək bacarığı
Aydın ünsiyyət, təşkilatçılıq və eyni vaxtda bir neçə işi idarə etmək bacarığı
Detallara diqqət və əməkdaş məlumatlarının məxfiliyinə riayət etmək
İş şəraiti
5 günlük iş qrafiki
Nahar və servis xidməti şirkət tərəfindən təmin olunur
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd edin.
Son müraciət tarixi: 25.12.2026
© Himalay Group · jobsearch.az · ამ განცხადების ტექსტი, ფოტოები და სხვა მასალები მათ უფლებამფლობელებს ეკუთვნის.
ტექსტი, ფასი და საკონტაქტო ნომერი ისეა შენახული, როგორც წყაროზე, და ავტომატურად სინქრონიზდება. Prayk მხოლოდ აჩვენებს განცხადებას მეტ მყიდველს, ატარებს ბაზრის ანალიზს, ამოწმებს წყაროსა და განცხადების სანდოობას და ფოტოების ანალიზით აჩერებს დაკოპირებულ განცხადებებს. თუ ავტორი ან უფლებამფლობელი ხართ, შეგიძლიათ განცხადება დაიბრუნოთ მასში მითითებული ტელეფონის ნომრით ან მოითხოვოთ მისი წაშლა.