Prayk
İnsan Resursları üzrə təcrübəçi — Təhsil və elm, Bakı
შეთანხმებით

İnsan Resursları üzrə təcrübəçi

შემოწმებულიადღეს
ქალაქი
Bakı
თარიღი
ნახვები
9
ნომერი
№6112801

აღწერა

Təsvir:Biz yaşayış kompleksləri, biznes mərkəzləri, ticarət mərkəzləri və digər daşınmaz əmlak aktivlərinin idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biriyik. Şirkətimizin İnsan Resursları üzrə gündəlik əməliyyat proseslərinə dəstək verəcək, sənədləşmə və kargüzarlıq işlərinin dəqiq icrasında iştirak edəcək İnsan Resursları üzrə təcrübəçi axtarırıq. Bu rol əməkdaşların şəxsi işlərinin formalaşdırılmasına, kadr kargüzarlığı sənədlərinin hazırlanmasına, məzuniyyət, ezamiyyət və davamiyyət uçotunun aparılmasına, eləcə də İR məlumat bazalarının yenilənməsi və hesabatların hazırlanmasına dəstək göstərilməsinə cavabdeh olacaq. Bu təcrübə proqramında uğur qazanmaq üçün nəzəri bilikləri praktiki əməliyyatlara tətbiq etmək, detallara yüksək diqqət yetirmək, tapşırıqları vaxtında və məsuliyyətlə icra etmək bacarığı əsasdır. Əsas öhdəliklər: Kadr kargüzarlığı və sənədləşmə dəstəyiİşə qəbul, işdən azad olma, məzuniyyət, ezamiyyət və digər kadr əməliyyatları üzrə müvafiq sənədlərin (əmr, ərizə, müqavilə və s.) hazırlanmasında iştirak etmək.Əməkdaşların şəxsi işlərinin formalaşdırılmasına, sənədlərin tamlığının yoxlanılmasına və arxivləşdirilməsinə dəstək göstərmək.Daxili sənəd dövriyyəsi qaydalarına uyğun olaraq İR sənədlərinin qeydiyyatını və izlənilməsini təmin etmək. Məlumat bazası və hesabatlılıqİnsan Resursları üzrə elektron məlumat bazalarının və cədvəllərin (Excel) mütəmadi yenilənməsini təmin etmək.Əməkdaşların davamiyyət (tabel) uçotunun aparılmasına və yoxlanılmasına dəstək vermək.İR əməliyyatları üzrə gündəlik və aylıq statistik hesabatların hazırlanmasında iştirak etmək. Əməkdaşlarla ünsiyyət və əməliyyat dəstəyiƏməkdaşların arayış və digər standart kadr sənədləri ilə bağlı müraciətlərinin cavablandırılmasına və icrasına dəstək olmaq.Yeni işə qəbul olunan əməkdaşların adaptasiya (onboarding) prosesinin sənədləşmə mərhələsində təşkilati dəstək göstərmək.Şöbədaxili digər cari tapşırıqların icrasında komandaya dəstək olmaq. Tələblər: İnsan resurslarının idarə edilməsi, menecment, biznesin idarə edilməsi, iqtisadiyyat, hüquq və ya digər müvafiq ixtisaslar üzrə ali təhsil;MS Office proqramlarını (xüsusilə MS Excel) yaxşı səviyyədə bilmək;İnsan Resurslarının idarə edilməsi və ya əmək qanunvericiliyi üzrə müvafiq kursları bitirmiş olması üstünlükdür;Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə baza nəzəri biliklərə malik olmaq;Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı; İngilis və ya Rus dili bilikləri arzuolunandır;Detallara qarşı yüksək diqqətlilik, məxfilik (konfidensiallıq) prinsiplərinə riayət etmək, məsuliyyətlilik, operativ öyrənmə və komanda ilə işləmək bacarığı. Vakansiya növü: Tam ştat Şirkət: Facility Management Group Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/fmg/fmg-insan-resurslari-uzre-tecrubeci-51299884/apply
რეკლამა