
10
İntensiv təqib üzrə mütəxəssis/aparıcı mütəxəssis

შეთანხმებით
İntensiv təqib üzrə mütəxəssis/aparıcı mütəxəssis
შემოწმებულიადღეს
აღწერა
BOKT “IDEAL KREDIT” MMC İntensiv təqib üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir. Yüksək riskli və gecikmiş kreditlər üzrə effektiv təqib strategiyalarının tətbiqi, mürəkkəb danışıqların aparılması, ödənişlərin bərpasının artırılması və zəruri işlərin məhkəməyəqədərki mərhələyə düzgün yönləndirilməsi.
Vəzifə öhdəlikləri:
Gecikmiş kredit portfelini risk səviyyəsi, gecikmə müddəti və ödəniş davranışına əsasən təhlil və prioritetləşdirmək;
Yüksək riskli və uzunmüddətli gecikmələr üzrə borcalanlarla mürəkkəb danışıqlar aparmaq və fərdi həll yolları formalaşdırmaq;
Borcalanın ödəniş imkanlarını və davranışını qiymətləndirərək təqib yanaşmasını müəyyən etmək;
Ödəniş vədlərinin icrasına nəzarət etmək, təkrar gecikmə və əlaqədən yayınma hallarına operativ müdaxilə etmək;
Məhkəməyəqədərki mərhələ üçün tələb olunan sənədlərin hazırlanmasını təmin etmək və işi aidiyyəti struktur bölməsinə yönləndirmək;
Portfel üzrə bərpa nəticələrini və əsas risk göstəricilərini təhlil edərək rəhbərliyə hesabat təqdim etmək;
Problemli kreditlərin təqibi prosesinin effektivliyinin artırılması üzrə təkliflər vermək;
Zərurət yarandıqda borcalanların yaşayış və ya iş ünvanlarına yerində səfərlərin (vizitlərin) həyata keçirilməsini təşkil etmək və nəticələrini qiymətləndirmək;
Kiçik mütəxəssislərə mürəkkəb işlərin həllində metodiki dəstək göstərmək;
Daxili prosedur və qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərmək.
Tələblər:
Ali təhsil arzuolunandır;
Bank, BOKT, lizinq və ya digər maliyyə sahəsində problemli kreditlərin təqibi üzrə minimum 2 il təcrübə arzuolunandır;
Problemli kredit portfeli və məhkəməyəqədərki təqib prosesləri üzrə praktiki bilik;
Mürəkkəb danışıqlar, etirazların və münaqişələrin idarə edilməsi bacarığı;
Analitik düşünmə və risklərin düzgün qiymətləndirilməsi bacarığı;
MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə işləmə bacarığı;
Məsuliyyətlilik, təşəbbüskarlıq, stressə davamlılıq və nəticəyönümlülük.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “İntensiv təqib üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 26.12.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/ideal-kredit-bokt-intensiv-teqib-uzre-mutexessisaparici-mutexessis-157064
რეკლამა













