Prayk

İT Mütəxəssisi

შეთანხმებით
შემოწმებულიაგუშინ
თარიღი
ნახვები
2
ნომერი
№4273034

აღწერა

İT və təhlükəsizlik avadanlıqlarının satışı və distribütorluğu ilə məşğul olan şirkətimiz komandamıza avadanlıqların quraşdırılması, sazlanması və texniki problemlərin həlli üzrə İT mütəxəssis axtarır. Əsas vəzifə öhdəlikləri: IP kameraların, videoregistratorların, şəbəkə avadanlıqlarının və digər zəif axın sistemlərinin quraşdırılması və ilkin sazlanması; Avadanlıqların şəbəkəyə qoşulması, ilkin konfiqurasiyası və işlək vəziyyətinin yoxlanılması; Kamera görüntüsü, şəbəkə bağlantısı, enerji təchizatı və avadanlıq konfiqurasiyası ilə bağlı nasazlıqların aşkarlanması və aradan qaldırılması; Müştərilərə avadanlıqların istifadəsi və texniki istismarı barədə ilkin təlimatların verilməsi; Satışdan sonra müştərilərdən daxil olan texniki müraciətlərin araşdırılması və həll edilməsi; Zərurət olduqda obyektlərdə texniki baxış və servis işlərinin aparılması; Görülmüş işlər və aşkar edilmiş nasazlıqlar barədə texniki qeydlərin aparılması; Satış və texniki komandaya avadanlıqların texniki imkanları barədə dəstək göstərilməsi. Namizədə tələblər: İT, elektronika, telekommunikasiya və ya əlaqəli sahə üzrə biliklər; IP kameralar, NVR/DVR, switch, router və PoE avadanlıqları barədə praktiki biliklər; Kabel infrastrukturu, şəbəkə bağlantısı və avadanlıqların sazlanması üzrə anlayış; Texniki nasazlıqları müəyyən etmək və müstəqil həll yolları tapmaq bacarığı; Məsuliyyətlilik, operativlik və müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı; Obyektlərdə texniki işlərin aparılmasına hazırlıq. Üstünlükdür: CCTV və zəif axın sistemlərinin quraşdırılması üzrə praktiki təcrübə; Texniki servis və ya avadanlıqların satışsonrası dəstəyi sahəsində təcrübə. Biz nə təklif edirik? Müxtəlif İT və təhlükəsizlik avadanlıqları ilə işləmək imkanı; Praktiki texniki biliklərin inkişafı; Peşəkar inkişaf və karyera imkanları; Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən edilir. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 09.11.2026

© AEM Elektron jobsearch.az — ამ განცხადების ტექსტი, ფოტოები და სხვა მასალები მათ უფლებამფლობელებს ეკუთვნის.

ტექსტი, ფასი და საკონტაქტო ნომერი ისეა შენახული, როგორც წყაროზე, და ავტომატურად სინქრონიზდება. Prayk მხოლოდ აჩვენებს განცხადებას მეტ მყიდველს, ატარებს ბაზრის ანალიზს, ამოწმებს წყაროსა და განცხადების სანდოობას და ფოტოების ანალიზით აჩერებს დაკოპირებულ განცხადებებს. თუ ავტორი ან უფლებამფლობელი ხართ, შეგიძლიათ განცხადება დაიბრუნოთ მასში მითითებული ტელეფონის ნომრით ან მოითხოვოთ მისი წაშლა.

მსგავსი განცხადებები