
Kiçik metod mühəndisi
Kiçik metod mühəndisi
შეთანხმებით
შემოწმებულია1 კვირის წინ
ქალაქიSumqayıt
თარიღი
ნახვები7
ნომერი№4622814
აღწერა
Tələblər:
Təhsil: Ali (Metallurgiya sahəsində təhsil)
Təcrübə: 1 il
Kompyuter biliyi: MS Office proqramları
Dil bilikləri: Azərbaycan və İngilis dilləri
Metalların ümumi xüsusiyyətlərini və qəlibləmə texnologiyasını bilmək;
MS Office proqramlarını (Word, Excel, PowerPoint) yaxşı səviyyədə bilməlidir;
Yerli və beynəlxalq (DÜST, GOST, EN, İSO, APİ, AWWA və s.) standartlarda olan toleranslarla işləmək və bunları bilmək.
Vəzifə öhdəlikləri
Kimyəvi analiz hesabatlarını qeydiyyata alıb, Protokol sənəd qovluğuna yerləşdirmək;
Yeni məhsulun dövriyyəyə alınması prosesində tökmə sahəsindəki bütün proseslərin (metal əritmə, qəlibləmə, içlik hazırlama) yaxından izlənməsi və sənədləşmənin aparılması;
Yeni məhsul dövriyyəyə alındığı zaman KT və KN şöbəsinin tutduğu hesabatları əldə edib, qovluqlara yerləşdirmə;
Yeni məhsul izlənmə cədvəlinin cari saxlanmasının təmin edilməsi;
“PPAP” sənədlərinin hazırlanması zamanı öz sahəsi üzrə olan sənədlərin işlənməsi.
“Dizayn istehsal planı”, “Model istehsal planı”, “Yeni istehsal planı” cədvəllərini izləməli və “Protokol sənədlər” cəvəlinin isə güncəl saxlanmasını təmin edir;
Yeni məhsulun istehsalat addımlarının izlənməsi və nəticələrinin qeydə alınması;
İstehsal olunan məhsulların təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
Yeni tökülən məhsulların kəsmə-cilalama və qaynaq təlimatlarının yazılmasını təmin etmək;
Yeni məhsulun son nəticəsinin protokol şəkildə sənədləşdirilməsi;
Şöbə rəhbərinin tapşırdığı digər texniki məsələlərin həllində fəal iştirak etmək.
İş şəraiti
İş qrafiki: həftənin 5 günü, 09:00-18:00
İş yeri: Azertexnolayn MMC, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1 Sumqayıt Kimya Sənayə Parkı
Nahar və servis şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Kiçik metod mühəndisi” başlığı ilə CV göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/198754/kicik-metod-muhendisi
რეკლამა






