Prayk

Kontent Rəhbəri

შეთანხმებით
შემოწმებულიაგუშინ
ქალაქიBakı

№6382888·ნახვები: 6

აღწერა

Əsas vəzifə öhdəlikləri Kontent fəaliyyətinin planlaşdırılması və idarə olunması; Kontent və kreativ komandanın fəaliyyətinin koordinasiyası; Brendin marketinq və kreativ kommunikasiya strategiyasının hazırlanmasında iştirak və icrasına nəzarət; Reklam kampaniyaları, mövsümi layihələr və xüsusi marketinq aktivlikləri üçün kreativ ideyaların hazırlanmasına rəhbərlik etmək; Sosial media və digər kommunikasiya kanalları üçün kontent strategiyasının və aylıq planların hazırlanmasını təmin etmək; Foto və video çəkilişlərin konseptlərinin hazırlanması, təşkili və icrasına nəzarət etmək; Kreativ ideyaların vizual və mətn formatında düzgün reallaşdırılmasını təmin etmək; Reklam və kampaniya materiallarının keyfiyyətinə, brend üslubuna və kommunikasiya standartlarına nəzarət etmək; Komanda üzvləri arasında iş bölgüsünü aparmaq, tapşırıqların icrasını və nəticələrini qiymətləndirmək; Rəqib şirkətlərin marketinq fəaliyyətini, bazar tendensiyalarını və yeni kreativ yanaşmaları izləmək; Marketinq fəaliyyətinin effektivliyini təhlil etmək və mütəmadi hesabatlar hazırlamaq. Namizədə tələblər Marketinq və ya kreativ kommunikasiya sahəsində minimum 3 il iş təcrübəsi; Komanda idarəetməsi üzrə təcrübə; Kreativ düşüncə və fərqli ideyalar yaratmaq bacarığı; Sosial media, rəqəmsal marketinq və kontent istehsalı proseslərini yaxşı bilmək; Foto və video istehsalı prosesləri haqqında anlayış; Reklam mətnləri, vizual konseptlər və kreativ layihələrlə işləmək bacarığı; Güclü kommunikasiya, təşkilatçılıq və liderlik bacarıqları; Eyni zamanda bir neçə layihəni idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı. İş şəraiti İş qrafiki: Tam iş günü 6 günlük iş rejimi AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir; Mövzu hissəsində “Kontent Rəhbəri”qeyd edərək CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208779/kontent-rehberi
რეკლამა