
Bakı7
Korporativ satış üzrə mütəxəssis
Korporativ satış üzrə mütəxəssis
800 ₼
შემოწმებულია3 კვირის წინ
აღწერა
Əsas vəzifələr
Potensial korporativ müştəriləri araşdırmaq, müştəri bazasını formalaşdırmaq və yeni əməkdaşlıqlar qurmaq;
Aktiv zənglər, işgüzar yazışmalar və görüşlər vasitəsilə şirkətin məhsul və xidmətlərini təqdim etmək;
Müştəri ehtiyaclarını müəyyənləşdirmək, satınalma komandası ilə birlikdə uyğun kommersiya təklifləri hazırlamaq;
Təklifləri izləmək, qiymət və əməkdaşlıq şərtləri üzrə danışıqlar aparmaq, satışları yekunlaşdırmaq;
Sifarişlərin icrasını, çatdırılma və ödəniş mərhələlərini aidiyyəti şöbələrlə koordinasiya etmək;
Mövcud müştərilərlə uzunmüddətli münasibətlər qurmaq və təkrar satışları artırmaq;
Satış planını yerinə yetirmək, müştəri məlumatlarını CRM/ERP sistemində yeniləmək və nəticələr üzrə hesabat təqdim etmək.
Namizədə tələblər
Korporativ satış sahəsində minimum 1 il iş təcrübəsi;
Aktiv müştəri axtarışı, təqdimat və danışıqlar aparmaq bacarığı;
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət;
MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı;
İşini planlaşdırmaq, müraciətlərə operativ cavab vermək və satış prosesini sonadək izləmək bacarığı;
Məsuliyyət, təşəbbüskarlıq və nəticəyönümlü yanaşma;
Rus dili biliyi, təchizat sektorunda təcrübə və mövcud korporativ müştəri portfeli üstünlükdür.
Təklif edirik
800 AZN net sabit aylıq əməkhaqqı + satışdan bonuslar;
Rəsmi əmək müqaviləsi;
Geniş məhsul çeşidi ilə müxtəlif sektorlara satış etmək imkanı;
Müştəri portfelini genişləndirmək və satış nəticələrinə uyğun gəliri artırmaq imkanı;
Satınalma və digər aidiyyəti komandalarla birgə iş mühiti.
İş yeri: Bakı şəhəri, Rövşən Əliyev küçəsi 1, Nobel otelinin yanı.
CV-nizi mövzu hissəsində “Korporativ satış üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Uyğun namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.
Əlaqə: 051 240 12 43
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/193159/korporativ-satis-uzre-mutexessis
რეკლამა












