Prayk
Korporativ satış və əməkdaşlıqlar üzrə menecer — Satış
1 000 ₼

Korporativ satış və əməkdaşlıqlar üzrə menecer

შემოწმებულიადღეს
კატეგორიაგაყიდვები

№6437617·ნახვები: 5

აღწერა

Safa Cake komandamıza korporativ satış sahəsində təcrübəli, aktiv müştəri əlaqələri olan və yeni biznes imkanları yaratmağı bacaran peşəkar əməkdaş axtarırıq. Əsas məqsəd: Şirkətlər, banklar, otellər, biznes mərkəzləri və digər korporativ müştərilərlə əməkdaşlıqlar qurmaq, Safa Cake-in korporativ satış istiqamətini inkişaf etdirmək. Vəzifə öhdəlikləri Yeni korporativ müştərilərin cəlb edilməsi; Böyük və orta şirkətlərlə işgüzar görüşlərin keçirilməsi; Şirkətlərin HR, satınalma və inzibati şöbələri ilə əməkdaşlıq əlaqələrinin qurulması; Safa Cake məhsullarının və xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi; Gündəlik və müntəzəm şirniyyat, tort və desert sifarişlərinin əldə edilməsi; Korporativ hədiyyə qutularının satışının təşkili; Yeni il, Novruz, 8 Mart və digər xüsusi günlər üçün korporativ satışların inkişaf etdirilməsi; Kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması; Müştəri bazasının yaradılması və idarə edilməsi; Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın təmin edilməsi; Satış nəticələri üzrə müntəzəm hesabatların hazırlanması. Namizədə tələblər B2B və korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi; Hazır korporativ müştəri əlaqələrinin və işgüzar əlaqələr şəbəkəsinin olması; Yeni müştərilər cəlb etmək və satış bağlamaq bacarığı; Yüksək ünsiyyət və təqdimat qabiliyyəti; Danışıqlar aparmaq və kommersiya təklifləri hazırlamaq bacarığı; Aktiv, təşəbbüskar və nəticəyönümlü olmaq; MS Office və CRM sistemləri ilə işləmək bacarığı; Azərbaycan dilində sərbəst danışıq, rus və ingilis dili bilikləri üstünlükdür. İş şəraiti və təklifimiz İş yeri: Bakı şəhəri; İş rejimi: Tam iş günü; Sabit əməkhaqqı: 1 000 AZN; Satış nəticələrinə uyğun əlavə bonus və komissiya; Peşəkar və inkişaf edən şirkətdə karyera imkanları. Üstünlük veriləcək namizədlər Otelçilik, catering, FMCG, qida istehsalı, distribütorluq və korporativ satış sahələrində çalışmış, şirkətlərlə hazır əlaqələri olan namizədlərə üstünlük veriləcək. CV-nizi və korporativ satış sahəsində əvvəlki iş təcrübəniz və əldə etdiyiniz nəticələr barədə qısa məlumatı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Maaş: 1000 AZN Son müraciət tarixi: 27.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/safa-cake-korporativ-satis-ve-emekdasliqlar-uzre-menecer-157109
რეკლამა