Prayk
Laborant mikrobioloq — Tibb və farmakologiya, Xankəndi
შეთანხმებით

Laborant mikrobioloq

ასლიგუშინ
ქალაქი
Xankəndi
თარიღი
ნახვები
1
ნომერი
№5283612

აღწერა

Vəzifə öhdəlikləri: Mikrobiologiya laboratoriyasına daxil olan klinik nümunələrin (qan, sidik, nəcis, bəlğəm, yara materialı, yaxma və digər bioloji materiallar) qəbulunu, identifikasiyasını, qeydiyyatını və ilkin işlənməsini standart əməliyyat prosedurlarına (SOP) uyğun həyata keçirmək.Klinik nümunələrin saxlanması, daşınması və müayinəyə hazırlanması zamanı müvafiq tələblərə riayət etmək, aşkar edilən uyğunsuzluqlar barədə məsul mütəxəssisə məlumat vermək.Həkim-mikrobioloqun rəhbərliyi altında bakterioloji və mikoloji müayinələrin texniki mərhələlərində iştirak etmək, qidalı mühitlərə inokulyasiya, inkubasiya və digər laborator prosedurları yerinə yetirmək.Mikroskopik müayinələr üçün preparatlar hazırlamaq, Qram və digər müvafiq boyama üsullarını tətbiq etmək, texniki müşahidələri sənədləşdirmək.Mikroorqanizmlərin identifikasiyası və antimikrob preparatlara həssaslığının müəyyən edilməsi proseslərində həkim-mikrobioloqun göstərişlərinə uyğun texniki əməliyyatları həyata keçirmək.Laborator müayinələrin nəticələrini, aparılmış prosedurları və texniki müşahidələri müvafiq qeydiyyat formalarında və laboratoriya informasiya sistemində düzgün sənədləşdirmək.Laborator avadanlıqların (mikroskop, sentrifuqa, termostat, avtoklav, bioloji təhlükəsizlik kabineti və s.) istifadə qaydalarına uyğun istismarını, gündəlik texniki yoxlanılmasını və işə hazırlanmasını təmin etmək.Qidalı mühitlərin, reaktivlərin və digər laborator materialların hazırlanması, saxlanması, yararlılıq müddətlərinin izlənilməsi və keyfiyyətinə nəzarət proseslərində iştirak etmək.Laboratoriyanın daxili keyfiyyətə nəzarət prosedurlarına riayət etmək, aşkar edilən texniki uyğunsuzluqlar və avadanlıq nasazlıqları barədə məsul mütəxəssisə vaxtında məlumat vermək.Aseptika, antiseptika, biotəhlükəsizlik, infeksiyaların profilaktikası və nəzarəti, fərdi mühafizə vasitələrindən istifadə və əmək təhlükəsizliyi qaydalarına riayət etmək.İstifadə olunmuş laborator materialların, kontaminasiya olunmuş alətlərin və bioloji tullantıların təhlükəsiz toplanmasını, zərərsizləşdirilməsini və utilizasiyaya hazırlanmasını müvafiq prosedurlara uyğun həyata keçirmək.İş sahəsinin təmizliyini, dezinfeksiyasını və laborator avadanlıqların istifadəyə hazır vəziyyətdə saxlanmasını təmin etmək.Laboratoriyanın gündəlik fəaliyyətində həkim-mikrobioloq və digər əməkdaşlarla əməkdaşlıq etmək, keyfiyyətin yaxşılaşdırılması və peşəkar inkişaf tədbirlərində iştirak etmək. Vakansiya növü: Tam ştat Şirkət: Qarabağ Universitetinin Klinikası Yer: Xankəndi, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/karabakh/karabakh-laborant-mikrobioloq-33632839/apply
რეკლამა