Prayk
Layihə koordinatoru (Project Coordinator) — HR, kadr
1 500 ₼

Layihə koordinatoru (Project Coordinator)

შემოწმებულიაგუშინ
კატეგორია
HR, კადრები
თარიღი
ნახვები
16
ნომერი
№6110059

აღწერა

Forever18 International baş ofisi Cənubi Koreyada yerləşən, inyeksion və qeyri-invaziv estetik məhsulların istehsalı və distribusiyası sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. 27-dən çox məhsuldan ibarət portfeli ilə 46 ölkədə fəaliyyət göstərir və 50-dən çox beynəlxalq distribütorla əməkdaşlıq edir. Şirkətin beynəlxalq bazarlardakı uğurlu fəaliyyətinin göstəricilərindən biri olan ReMedium PDRN məhsulunun illik satış həcmi artıq 1 milyon ədədi ötüb. Azərbaycan ofisimizə beynəlxalq layihələrin, tədbirlərin və gündəlik iş proseslərinin koordinasiyasını həyata keçirəcək təşəbbüskar, məsuliyyətli və nəticəyönümlü Layihə koordinatoru axtarılır. İş şəraiti Əməkhaqqı: 1 500 AZN sabit aylıq maaş; İş yeri: Makro Park, Ülvi Bünyadzadə küçəsi, Bakı — Dədə Qorqud parkının yaxınlığı; İş formatı: Ofisdaxili, tam ştat; İş qrafiki: 5 günlük iş həftəsi, bazar ertəsi–cümə, 08:00–16:30; Nahar fasiləsi: İş saatlarına daxil olan 30 dəqiqə; İstirahət günləri: Şənbə və bazar; Xarici ezamiyyətlər: Beynəlxalq sərgi və seminarlarda iştirak tələb olunur; İş üzrə kommunikasiya dilləri: İngilis və rus dilləri. İş təcrübəsi aidiyyatı üzrə minimum 3 il Namizədə dair tələblər İş proseslərini planlaşdırmaq, tapşırıqların icrasını izləmək və komandalar arasında koordinasiyanı təmin etmək bacarığı; Araşdırma aparmaq, məlumatları təhlil etmək və sistemləşdirmək bacarığı; Təqdimatlar, marketinq məzmunu və işgüzar sənədlər hazırlamaq bacarığı; Rəsmi yazışmaları və xarici tərəfdaşlarla kommunikasiyanı peşəkar səviyyədə aparmaq bacarığı; Microsoft Word, PowerPoint, Adobe Acrobat və Canva proqramlarında işləmək bacarığı; Xarici ezamiyyətlərə getməyə hazır olmaq. Əsas kompetensiyalar Güclü təşkilatçılıq və planlaşdırma bacarıqları; Bir neçə işi paralel koordinasiya etmək və prioritetləri düzgün müəyyənləşdirmək; Detallara diqqət və icra müddətlərinə riayət etmək; Təşəbbüskarlıq, müstəqil işləmək və tapşırıqları nəticəyə çatdırmaq; Komanda və tərəfdaşlarla aydın, operativ ünsiyyət qurmaq; Dəyişən iş şəraitinə uyğunlaşmaq və problemlərin həllinə yönəlmiş yanaşma; İşgüzar etikaya və şirkət məlumatlarının məxfiliyinə riayət etmək. Dil bilikləri İngilis dili: Səlis şifahi və yazılı, işgüzar yazışmalar və görüşlər aparmaq səviyyəsində; Rus dili: Səlis şifahi və yazılı, işgüzar yazışmalar və görüşlər aparmaq səviyyəsində. Vəzifənin məqsədi və əsas öhdəlikləri Vəzifənin əsas məqsədi şirkətin beynəlxalq layihələrinin və gündəlik iş proseslərinin planlı icrasını təmin etmək, komandalar və tərəfdaşlar arasında koordinasiyanı həyata keçirməkdir. Şirkətin beynəlxalq layihələrinin və gündəlik fəaliyyətinin koordinasiyası, işlərin vaxtında və keyfiyyətlə tamamlanmasının izlənilməsi; Beynəlxalq sərgi və seminarların təşkili, xarici ezamiyyətlərdə iştirak və şirkətin təmsil edilməsi; Kataloqlar, təqdimatlar və digər marketinq materialları üçün araşdırmaların aparılması, məzmunun hazırlanması və yeni ideyaların təklif edilməsi; Şirkətin rəsmi yazışmalarının və e-poçtlarının idarə olunması, rəhbərlik və xarici tərəfdaşlarla işgüzar kommunikasiyanın aparılması; Şirkətin vebsaytlarının məzmununa və aktuallığına nəzarət, yenilənmə işlərinin koordinasiyası; Bazar və sektor üzrə araşdırmaların aparılması, inkişaf təkliflərinin və rəhbərliyə müntəzəm hesabatların hazırlanması. İş təcrübəsi Layihə koordinasiyası, tədbirlərin təşkili, inzibati işlər və ya marketinq dəstəyi sahəsində təcrübə üstünlükdür; Xarici tərəfdaşlarla işgüzar yazışmalar və təşkilati işlər üzrə təcrübə üstünlükdür; Təqdimatların və marketinq materiallarının hazırlanması üzrə praktiki təcrübə üstünlükdür. Sizi nə gözləyir? Beynəlxalq komanda və müxtəlif ölkələrdən olan tərəfdaşlarla iş; Xarici ezamiyyətlər, beynəlxalq sərgi və seminarlarda iştirak; Şirkətin layihələrində və brendlərinin inkişafında aktiv rol; Layihə koordinasiyası, tədbirlərin təşkili və beynəlxalq kommunikasiya istiqamətlərində peşəkar inkişaf imkanı. Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Project Coordinator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Şirkətin rəsmi vebsaytları www.forever18international.com⁠ www.remediumkorea.com⁠ www.ksbiokorea.com⁠ www.jennerafiller.com⁠ Maaş: 1500 AZN Son müraciət tarixi: 18.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/forever18-international-layihe-koordinatoru-project-coordinator-156412
რეკლამა