İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkənin rəqəmsal transformasiya strategiyasına uyğun olaraq, Azərbaycan dili və dövlət xidmətləri üçün yüksək keyfiyyətli Böyük Dil Modellərinin (LLM) hazırlanması, təkmilləşdirilməsi və qiymətləndirilməsi məqsədilə LLM Fine-Tuning & Evaluation Engineer vakansiyasını elan edir.Böyük Dil Modellərinin (LLM) müxtəlif istifadə ssenarilərinə uyğun fine-tuning proseslərinin həyata keçirilməsi;Dövlət xidmətləri və Azərbaycan dili üzrə yüksək keyfiyyətli datasetlərin hazırlanması, təmizlənməsi və optimallaşdırılması;Fine-tuning nəticələrinin obyektiv qiymətləndirilməsi və model performansının davamlı olaraq yaxşılaşdırılması;Müxtəlif yanaşmalar (Fine-Tuning, RAG, Prompt Engineering və Guardrails) arasında düzgün texniki həllin seçilməsi;GPU klasterlərində model təlimi, optimallaşdırılması və istehsal (production) mühitinə hazırlanması;Təcrübələrin (experiments), modellərin və datasetlərin izlənilə bilən və təkrarlana bilən (reproducible) şəkildə idarə olunmasının təmin edilməsi.
Vakansiya növü: Tam ştat
Şirkət: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/idda/idda-llm-fine-tuning-evaluation-engineer-21037194/apply