Proshine MMC komandasına qoşulmaq üçün məsuliyyətli və öyrənməyə həvəsli Maliyyə köməkçisi axtarır!
Əsas vəzifə öhdəlikləri:
Elektron qaimə-fakturaların hazırlanması və göndərilməsi;
Rəsmi anbar uçotunun izlənilməsi və nəzarətdə saxlanılması;
Sistem üzərindən elektron qaimələrin izlənilməsi və yoxlanılması;
Maliyyə və mühasibatlıq üzrə gündəlik əməliyyatlara dəstək göstərilməsi.
Namizədə tələblər:
Məsuliyyətli, diqqətli və dəqiq olmaq;
Kollektivlə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
Öyrənməyə və peşəkar inkişafa həvəsli olmaq;
Maliyyə və ya mühasibatlıq sahəsində ilkin biliklərin olması üstünlükdür;
Müvafiq sahədə praktiki təcrübə arzuolunandır.
İş prosesi və vəzifə öhdəlikləri üzrə təlim keçirilir. Təcrübəsi az olan, lakin öyrənməyə həvəsli namizədlər də müraciət edə bilərlər.
İş şəraiti:
Əməkhaqqı: 550–600 AZN
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti, Qafqaz Biznes Mərkəzi
Maraqlanan namizədlərdən CV-lərini PDF formatında, mövzu hissəsində “Maliyyə köməkçisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Maaş: 550 AZN
Son müraciət tarixi: 23.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/proshine-maliyye-komekcisi-156735