
4
Marketinq Meneceri

შეთანხმებით
Marketinq Meneceri
შემოწმებულიადღეს
თარიღი
ნახვები4
ნომერი№4853937
აღწერა
Kani Dəri Klinikası komandamıza kreativ düşüncəli, təşəbbüskar, analitik təfəkkürə malik və marketinq sahəsində təcrübəli Marketinq Meneceri axtarırıq!
Əsas vəzifə öhdəlikləri
Marketinq strategiyasının hazırlanması və idarə edilməsi
Şirkətin marketinq strategiyasının, illik və aylıq marketinq planlarının hazırlanması və icrasının təmin edilməsi;
Marketinq büdcəsinin planlaşdırılması, bölüşdürülməsi və səmərəliliyinə nəzarət edilməsi;
Brendin tanınmasının artırılması və şirkətin müsbət imicinin formalaşdırılması;
Bazarın, rəqiblərin və ehtiyacların araşdırılması;
Kontentin hazırlanması və çəkilişlərin təşkili (Content Production)
Reels, TikTok, YouTube və reklam çarxları üçün kreativ ideyaların hazırlanması və ssenarilərin yazılması;
Foto və video çəkilişlərinin planlaşdırılması və təşkili;
Çəkiliş məkanlarının, çəkiliş üçün gərəkli ləvazimatların, modellərin və ya aktyorların seçilməsi;
Çəkiliş prosesinin koordinasiyası və yaradıcı istiqamətləndirilməsi;
Video materialların montajı, rəng korreksiyası, mətn və musiqinin uyğunlaşdırılması;
Sosial media platformaları üçün cəlbedici, keyfiyyətli və auditoriyaya uyğun vizual və yazılı kontentin hazırlanması;
Reklam materiallarının və vizual kontentin brendin üslubuna uyğunluğuna nəzarət edilməsi.
Rəqəmsal marketinq və reklam kampaniyalarının idarə edilməsi
Facebook, Instagram, TikTok, Google və digər rəqəmsal platformalarda marketinq fəaliyyətlərinin idarə olunması;
Meta Ads, TikTok Ads və Google Ads vasitəsilə reklam kampaniyalarının planlaşdırılması, işə salınması, monitorinqi və optimallaşdırılması;
Reklam kampaniyalarının nəticələrinin təhlil edilməsi və effektivliyin artırılması üçün tədbirlərin görülməsi;
Klinikaya müraciət edən potensial pasiyentlərin sayının artırılması və reklam xərclərinin səmərəliliyinin qiymətləndirilməsi;
Reklam kampaniyalarının nəticələrinin KPI göstəriciləri əsasında qiymətləndirilməsi;
Kampaniyalar, xüsusi təkliflər və mövsümi reklam fəaliyyətlərinin planlaşdırılması.
Reklam kanallarının araşdırılması və media planlaşdırılması (Media Planning & Strategy)
Yeni reklam kanallarının, platformaların və reklam yerləşdirmə imkanlarının araşdırılması;
Açıq hava reklamları, rəqəmsal bilbordlar, televiziya, radio, podkastlar, mətbuat və tədbirlər üzrə reklam imkanlarının qiymətləndirilməsi;
Potensial tərəfdaşlar, bloqerlər, influenserlər və media agentlikləri ilə əlaqələrin qurulması;
Reklam yerləşdirmə şərtlərinin öyrənilməsi, kommersiya təkliflərinin toplanması və qiymətlərin müqayisə edilməsi;
Reklam imkanları, qiymətlər, auditoriyanın əhatə dairəsi və gözlənilən nəticələr barədə rəhbərlik üçün təkliflərin və təqdimatların hazırlanması;
Rəqəmsal, ənənəvi və açıq hava reklam kanalları arasında büdcənin səmərəli bölüşdürülməsi ilə bağlı təkliflərin verilməsi.
Marketinq analitikası və hesabatlılıq
Marketinq fəaliyyətlərinin effektivliyinin mütəmadi təhlil edilməsi;
Reklam kampaniyalarının nəticələrinin ROI (investisiyanın gəlirliliyi), CPA (müştəri cəlbetmə xərci), baxış sayı və potensial müştəri müraciətləri kimi göstəricilər əsasında qiymətləndirilməsi;
Google Analytics 4 və digər analitik alətlər vasitəsilə nəticələrin izlənilməsi;
Marketinq büdcəsinin istifadəsi və kampaniyaların nəticələri barədə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
Marketinq fəaliyyətlərinin təkmilləşdirilməsi üçün yeni ideyaların və təşəbbüslərin irəli sürülməsi.
Namizədə dair tələblər
Marketinq, menecment, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
Marketinq sahəsində minimum 2–3 il iş təcrübəsi;
Rəqəmsal marketinq və reklam platformaları üzrə bilik və praktiki təcrübə;
Marketinq büdcəsinin idarə edilməsi, reklam kampaniyalarının planlaşdırılması və nəticələrin təhlili bacarığı;
Bazar araşdırması aparmaq və rəqabət mühitini qiymətləndirmək bacarığı;
Yazılı və vizual kontent hazırlamaq, kreativ ideyalar irəli sürmək bacarığı;
CapCut, Adobe Premiere Pro, Adobe Photoshop və ya digər video montaj və dizayn proqramları ilə işləmək bacarığı;
Foto və video çəkilişlərində kadr, işıq və kompozisiya prinsiplərini bilmək;
Microsoft Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı;
Müasir kommunikasiya vasitələrindən və rəqəmsal məlumatlardan istifadə bacarığı;
Analitik düşüncə, təşkilatçılıq, məsuliyyətlilik və təşəbbüskarlıq;
Yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Komandada işləmək, vaxtı düzgün idarə etmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı.
Əlavə üstünlüklər:
Səhiyyə və ya klinika sahəsində iş təcrübəsi;
Google Ads, Meta Ads Manager və TikTok Ads platformaları ilə praktiki iş təcrübəsi;
Google Analytics 4 və CRM sistemləri ilə işləmək bacarığı;
B2B və B2C marketinq təcrübəsi;
Rus və ingilis dillərini bilmək;
Video çəkilişi və montaj üzrə portfolioya sahib olmaq.
Səlahiyyətlər və işin təşkili
Reklam sahələrinin sahibləri, media nümayəndələri, influenserlər və potensial tərəfdaşlarla ilkin danışıqların aparılması;
Yeni reklam kanalları və formatları üzrə rəhbərliyə təkliflərin təqdim edilməsi;
Reklam materiallarının vizual keyfiyyətinə və brend standartlarına uyğunluğuna nəzarət edilməsi;
Reklam kampaniyalarının həyata keçirilməsi üçün tələb olunan büdcənin əsaslandırılması və rəhbərliyə təqdim edilməsi.
İş şəraiti
İş yeri: Bakı, Azərbaycan
İş qrafiki: Həftədə 5 iş günü
İş saatları: 09:00–18:00
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında razılaşdırılır.
Vakansiya ilə maraqlanan namizədlərdən şəkilli CV-lərini və portfolio nümunələrini (hazırladıqları video və reklam işlərini) mövzu hissəsində “Marketinq Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur:
Son müraciət tarixi: 19.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/deri-kani-clinic-mmc-marketinq-meneceri-154222
რეკლამა






