Prayk
Medikal tanıtım nümayəndəsi — Satış, Bakı
800 ₼

Medikal tanıtım nümayəndəsi

შემოწმებულია4 კვირის წინ
ქალაქი
Bakı
კატეგორია
გაყიდვები
თარიღი
ნახვები
16
ნომერი
№3027550

აღწერა

Medikal Tanıtım Nümayəndəsi Şirkət: Orzax / BioHerbalBaku / İş yeri: Bakı Yaş aralığı: 25 – 40 / İş rejimi: Tam ştat (sahə işi) 2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq, həkim yönümlü və elmi əsaslı strategiyasının effektivliyini bazar nəticələri ilə sübut etmişdir. Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir. Bu çərçivədə komandamıza Medikal Tanıtım Nümayəndəsi axtarırıq. Vəzifənin məqsədi: Medikal Tanıtım Nümayəndəsi Orzax məhsullarının həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır. Bu vəzifə satış yönümlü deyil; əsas məqsəd Orzax məhsullarının həkimlər tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir. 800 – 1500 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir) Premiya sistemi Yemək kartı Benzin kartı Geyim dəstəyi Davamlı təlim və inkişaf imkanları Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı Müraciət qaydası: [email protected] mövzu hissəsində vakansiya adı qeyd edilərək Bu vakansiya kimlər üçün DEYİL: “Sadəcə satış etmək istəyirəm” deyənlər Elmi mövzulara maraqsız olanlar Həkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlər Bu vəzifə sahədə Orzax brendinin elmi təmsilçisidir. Tələblər: Təhsil (aidiyyatlı ixtisaslar): Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və dietologiya və digər səhiyyə/bioloji elmlər üzrə ali təhsil Təcrübə: Təcrübəsiz namizədlər: elmi mövzulara real marağı olan, özünü inkişaf etdirməyə açıq və həkimlərlə işləməyə psixoloji cəhətdən hazır Təcrübəli namizədlər: minimum 2 il medikal tanıtım və ya əlaqəli sahə üzrə təcrübə Digər tələblər: Həkimlərlə peşəkar kommunikasiya bacarığı Elmi mətnləri anlama və izah etmə qabiliyyəti Səyyar iş rejiminə uyğunluq MS Office bilikləri Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür. Vəzifə öhdəlikləri: Məsul olduğu bölgədə hədəf həkimlərə (nevroloq, pediatr, ginekoloq, endokrinoloq, kardioloq, terapevt və s.) Orzax məhsullarının elmi və klinik üstünlüklərini, məhsul prioritetlərinə uyğun olaraq fokuslu və ardıcıl şəkildə təqdim etmək Şirkət tərəfindən müəyyən edilmiş hədəf həkim siyahısı üzrə planlı ziyarətlərin icrası və fəaliyyətlərin gündəlik qeydiyyatının aparılması Həkimlərdən gələn elmi sual və etirazların beynəlxalq mənbələr və sübutlara əsaslanaraq cavablandırılması Elmi məqalələr və klinik araşdırmalar əsasında təqdimatların hazırlanması və icrası Həkimlərdən alınan medikal geri bildirimlərin sistemli şəkildə mərkəzə ötürülməsi Təlimlərdə və elmi toplantılarda aktiv iştirak etmək Satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək. Maaş: 800-1500 AZN Yaş: 25-40 Təhsil: Ali İş təcrübəsi: 1 ildən 3 ilə qədər

© Orzax boss.az — ამ განცხადების ტექსტი, ფოტოები და სხვა მასალები მათ უფლებამფლობელებს ეკუთვნის.

ტექსტი, ფასი და საკონტაქტო ნომერი ისეა შენახული, როგორც წყაროზე, და ავტომატურად სინქრონიზდება. Prayk მხოლოდ აჩვენებს განცხადებას მეტ მყიდველს, ატარებს ბაზრის ანალიზს, ამოწმებს წყაროსა და განცხადების სანდოობას და ფოტოების ანალიზით აჩერებს დაკოპირებულ განცხადებებს. თუ ავტორი ან უფლებამფლობელი ხართ, შეგიძლიათ განცხადება დაიბრუნოთ მასში მითითებული ტელეფონის ნომრით ან მოითხოვოთ მისი წაშლა.

რეკლამა
WhatsApp