Mercedes-Benz C200 Kompressor | W204 | Full Paket | 184 a.g.
Mercedes-Benz C200 Kompressor, 1.8 benzin mühərriki, 184 at gücü. Texniki pasportda 2007-ci il, alış ili 2008. Yürüş 330 000 km. Avtomobil Full komplektasiyadır.
Komplektasiyasında Memory paket, elektrik tənzimlənən və yaddaş funksiyalı oturacaqlar, oturacaq qızdırıcısı, işlək lyuk, park radarları, kruiz-kontrol, elektrik qatlanan güzgülər və digər komfort funksiyaları mövcuddur.
Mühərrik 2026-cı ilin mart ayında əsaslı təmir olunub. Təmir zamanı porşen halqaları (kolçalar), klapan salnikləri, QRM zənciri, zəncir dartıcısı (sep, başmaq), 16 ədəd hidravlik itələyici (stakan), kladiş, mühərrik prokladkaları və salnikləri, kitabça, yağ yenilənib. Qalovka təmir olunub, yağ nasosu və su nasosu, pompa deyişilib. Həmçinin mühərrikin digər əlaqəli hissələri də təmir edilib və yenilənib. Təmir zamanı mühərrik yağı, yağ filtri və antifriz dəyişdirilib. Təmir sonrası cəmi 5 000 km sürülüb.
Karobkanın yağı və filtri də dəyişdirilib. Avtomobilin kosmetik vəziyyəti yaxşıdır, səliqəli saxlanılıb. Rahatlığı, idarəetməsi və Mercedes-Benz keyfiyyətini sevənlər üçün yaxşı seçimdir.
Real alıcıya avtomobilə baxış zamanı ətraflı məlumat veriləcək. Qiymətdə maşının yanında razılaşmaq olar.
© Elnur · turbo.az — ამ განცხადების ტექსტი, ფოტოები და სხვა მასალები მათ უფლებამფლობელებს ეკუთვნის.
ტექსტი, ფასი და საკონტაქტო ნომერი ისეა შენახული, როგორც წყაროზე, და ავტომატურად სინქრონიზდება. Prayk მხოლოდ აჩვენებს განცხადებას მეტ მყიდველს, ატარებს ბაზრის ანალიზს, ამოწმებს წყაროსა და განცხადების სანდოობას და ფოტოების ანალიზით აჩერებს დაკოპირებულ განცხადებებს. თუ ავტორი ან უფლებამფლობელი ხართ, შეგიძლიათ განცხადება დაიბრუნოთ მასში მითითებული ტელეფონის ნომრით ან მოითხოვოთ მისი წაშლა.