
Bakı6
Mexanika mühəndisi
Mexanika mühəndisi
2 000 ₼
შემოწმებულია4 დღის წინ
ქალაქიBakı
თარიღი
ნახვები6
ნომერი№4077216
აღწერა
Vəzifə öhdəlikləri:
Hündürmərtəbəli bina layihəsində Mərkəzi Chiller + Qazanxana, VRF, AHU, fan coil, istilik nasosları, zonalı su təchizatı, drenaj və BMS avtomatlaşdırma sistemlərinin quraşdırılmasına yerində (site supervision) nəzarət etmək.
İnşaat mərhələsində betonarmə rezervasiyalarının, boru keçidlərinin və şaxta ölçülərinin mexanika layihəsinə uyğunluğunu təmin etmək.
Revit MEP və Navisworks vasitəsilə mexanika sistemlərinin memarlıq, elektrik və inşaat layihələri ilə toqquşmalarını (clash detection) müəyyən etmək və həll etmək.
NFPA standartlarına (NFPA 13, 14, 88A, 92) uyğun olaraq sprinkler, stendpayp, tüstü çıxarma, pilləkən təzyiqləndirmə və yeraltı parkinq CO ventilyasiya sistemlərinin düzgün quraşdırılmasına nəzarət etmək.
Mexanika bölməsi üzrə tender texniki şərtnamələrini hazırlamaq, gələn texniki təklifləri (bid evaluation) qiymətləndirmək və podratçı seçiminə texniki rəy vermək.
Podratçıların material təqdimatlarını (Material Submittal), iş üsulu bəyanatlarını (Method Statement) və keyfiyyət sertifikatlarını qiymətləndirərək təsdiq və ya rədd etmək.
Sistemlərin sınaq, tənzimləmə, balanslaşdırma (Testing, Adjusting, Balancing) və istismara vermə (Commissioning) proseslərində fəal iştirak etmək.
Mexaniki avadanlıqların səs izolyasiyası, vibrasiya yastıqları, elastik muftalar və akustik silencer tətbiqlərinin normativlərə uyğunluğuna nəzarət etmək.
As-Built (tikildiyi kimi) çertyojlarını, O&M kitabçalarını və sınaq protokollarını yoxlayıb arxivləşdirmək; MS Project və Power BI vasitəsilə dövri texniki hesabatlar hazırlamaq
Tələblər:
Təhsil: Ali (Mexanika mühəndisliyi üzrə (bakalavr / magistr)
Hündürmərtəbəli (100+ metr, 25+ mərtəbə) yaşayış, otel və ya qarışıq istifadəli layihələrdə ən azı 5 il (tərcihən 7+ il) tam ştat Mexanika Mühəndisi kimi iş təcrübəsi
Tərcihən PE (Professional Engineer) və ya LEED AP sertifikatı.
NFPA, ASHRAE, SMACNA, IPC və ya BREEAM üzrə ixtisaslaşmış təlimlər və sertifikatlar (üstünlükdür).
Betonarmə rezervasiyası, şantiye quraşdırma nəzarəti (site supervision) və As-Built sənədlərinin qəbulu üzrə real təcrübə.
Tender texniki şərtnamələrinin hazırlanması, podratçı təkliflərinin qiymətləndirilməsi (bid evaluation), TAB və Commissioning süreçlərində birbaşa iştirak təcrübəsi.
Mərkəzi Chiller, qazanxana, VRF, fan coil, AHU, hava kanalları, rekuperatorlar və istilik nasosları (heat pump) üzrə dərin biliklər.
Hündürmərtəbəli binalarda zonalı su təchizatı, təzyiq qırıcı reduktorlar (PRV), vakuumlu kanalizasiya, sifonik drenaj və yağış suyu toplama sistemlərinin işləmə prinsiplərini bilmək.
NFPA standartları (NFPA 13, 14, 88A, 92), sprinkler, stendpayp, tüstü çıxarma, pilləkən təzyiqləndirmə və CO ventilyasiya sistemləri biliyi.
Səs/vibrasiya izolyasiyası, BMS/SCADA avtomatlaşdırması, DDC panellər, müxtəlif boru materialları (mis, PPR, HDPE, çelik) və izolyasiya standartlarını bilmək.
AutoCAD: Mütləq (çertyoj oxuma, elementar çizim).
MS Office (Excel, Word, PowerPoint): Mütləq (hesabat və cədvəllər üçün).
MS Project / Primavera P6: Mütləq (iş cədvəllərini izləmək üçün).
Revit MEP və Navisworks (BIM): Vacib üstünlük (3D modeldə toqquşma analizi üçün).
Əlavə məlumat:
İş qrafiki: 6 gün,
Nahar şirkət tərəfindən təmin edilir
Əmək Haqqı: 2000-2500 AZN net
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Mexanika mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/197128/mexanika-muhendisi
რეკლამა
მსგავსი განცხადებები











შეთანხმებით
Məlumat Təhlükəsizliyinin idarə edilməsi və uyğunluğu istiqaməti üzrə mütəxəssis
Bakı08.10.2026



