
Bakı12
Mühasib
Mühasib
შეთანხმებით
შემოწმებულია6 დღის წინ
აღწერა
Vəzifə öhdəlikləri:
Mühasibat uçotunun qüvvədə olan qanunvericiliyə uyğun təşkili və aparılması;
İlkin mühasibat sənədlərinin (qaimə, hesab-faktura, akt və s.) qəbul edilməsi və yoxlanılması;
Gəlir və xərclərin uçotunun aparılması;
Elektron qaimə-fakturaların tərtibi və uçotu;
İşçilərin əmək haqqısının hesablanması (zərurət yarandıqda);
Məzuniyyət, xəstəlik vərəqəsi və digər ödənişlərin hesablanması(zərurət yarandıqda);
Bank köçürmələrinin hazırlanması və icrası;
Debitor və kreditor borclarının uçotu və nəzarəti;
Qarşılıqlı hesablaşmaların uzlaşdırılması;
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil (Maliyyə, Mühasibatlıq sahəsi üzrə);
Müvafiq sahə üzrə min. 2-3 il iş təcrübəsi
MS Office proqramlarında işləmək bacarığı;
ERP sistemində (Odoo) işləmək bacarığı üstünlükdür;
Online kargüzarlıq və e-qaime portallardan istifadə etmə bacarığı;
Maliyyə və mühasibatlıqla bağlı qanunvericiliyi bilməli;
Səlis Azərbaycan dili biliyi;
Analitik düşünmə qabiliyyəti;
Komandada işləmək bacarığı;
Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması;
Xahiş edirik, yalnız Hacıqabul, Navahı ərazisində yaşayan namizədlər müraciət etsinlər.
İş şəraiti:
İş qrafiki: həftə içi 5 gün, 08:00 - 17:00;
Şənbə və bazar istirahət günləri;
Nahar fasiləsi: 13:00 – 14:00.
Sizə nə təklif edirik?
Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Karyera və inkişaf perspektivləri;
Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
Nahar şirkət tərəfindən təmin edilməsi.
Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/196729/muhasib
მსგავსი განცხადებები






შეთანხმებით
Risklərin İdarə Edilməsi İdarəsinin Risk nəzarəti və hesabatlıq şöbəsinin stajçı/kiçik/mütəxəssis
Bakı09.10.2026








