
Bakı6
Mühasib

შეთანხმებით
Mühasib
შემოწმებულიადღეს
აღწერა
İş haqqında məlumat:
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi “Mühasib” vəzifəsi üzrə vakansiya elan edir: MühasibMəkan: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun 151İş qrafiki: Bazar ertəsi – Cümə, 08:00-17:00
Öhdəliklər:Təhsil xidmətləri üzrə müqavilələrin, ödəniş qrafiklərinin və hesablaşmaların uçotunu aparmaq;Şagirdlər üzrə ödəniş və daxilolmaları izləmək, debitor borcların və gecikmiş ödənişlərin uçotunu aparmaq, onların vaxtında ödənilməsinə nəzarət etmək;Nağdsız və POS-terminal ödənişləri mühasibat uçotunda əks etdirmək və üzləşdirmələr aparmaq;Satış və yığım əməliyyatları üzrə hesabatlar hazırlamaq, uçot məlumatlarının düzgünlüyünü təmin etmək.Əsas vəsaitlərin qəbulu, təhvil-təslimi, yerdəyişməsi, amortizasiyası və silinməsi üzrə mühasibat uçotunu aparmaq, müvafiq sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək;Əsas vəsaitlərin inventar qeydiyyatını, barkodlaşdırılmasını və maddi məsul şəxslər üzrə uçotunu aparmaq, inventarizasiya prosesində iştirak etmək və uçot məlumatlarını faktiki mövcudluqla üzləşdirmək;Əsas vəsaitlər üzrə hesabatları hazırlamaq, müvafiq əməliyyatların 1C proqramında düzgün və vaxtında əks etdirilməsini təmin etmək.Biz təklif edirik:Rəqabətədavamlı xalis əməkhaqqıKompleksin yeməkxanasında nahar imkanı
Tələblər:
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;Mühasibat uçotu sahəsində minimum 1 il iş təcrübəsi;1C mühasibat proqramı, MS Excel və digər Microsoft proqramları,dövlət vergi orqanlarının elektron informasiya sistemləri ilə işləmək bacarığı. Satış əməliyyatları, hesablaşmalar və debitor borcların uçotu üzrə bilik və bacarıqlar;Əsas vəsaitlərin uçotu, amortizasiya hesablanması və inventarizasiya qaydaları üzrə biliklər;Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, rus və ya ingilis dillərindən ən azı birini bilmək üstünlükdürAnalitik düşüncə, yüksək məsuliyyət, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 28/10/2026
რეკლამა












