Namizəd üçün tələblər:
Ali təhsil (Maliyyə,vergi və ya mühasibat uçotu sahəsində)
Müvafiq sahədə ən az 3 il iş təcrübəsi
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı (Excel bilikləri yüksək səviyyədə olan namizədlərə üstünlük veriləcəkdir)
İdarəetmə,analitik təhlil və təşkilatçılıq qabliyyəti
Mükəmməl səviyyədə Vergi Qanunvericiliyi bilikləri
Məsuliyyətli,ünsiyyətcil olmaq və komandada işləmək bacarığı
İş barədə məlumat:
Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
Müəssisənin Maliyyə/mühasibat və vergi uçotunun aparılması,qurulması
Kassa,bank əməliyyatlarının həyata keçirilməsi,düzgünlüyünün yoxlanılması
Qaimə və vergi hesab fakturaların yazılması
Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
Debitor və kreditor hesablaşmaların aparılması və nəzarət edilməsi
Əmək haqqı hesablanmasını etməsi,ə/h-na nəzarət və düzgün hesablanmasının kontrol edilməsi
Əsas vəsaitlərin alınması, istismara verilməsi, balansdan silinməsi, köhnəlməsinin hesablanması
Mal-materialların uçotunun aparılması,nəzarət edilməsi
İxrac və idxal əməliyyatlarının uçotunun aparılması,dəyərinin hesablanması
Gündəlik və aylıq,illik hesabatlarınin tərtib edilməsi,düzgünlüyünün yoxlanılması
Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
Aylıq, rüblük və illik vergi, Statistika və DSMF hesabatlarının hazırlanması və aidiyyəti üzrə orqanlara təqdim edilməsi
Aylıq olaraq satış və alış qaimələrinin sistem ilə düzgünlüyünün yoxlanılması və ona nəzarət edilməsi
Əlavə məlumatlar:
Əmək haqqı Namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı təyin olunacaqdır.
İş yeri Nizami m/stansiyasının yaxınlığı, Capital Tower Residence
İş rejimi: 5 gün/Saat 09:00-18:00
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 16.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-muhasib-154095