Əsas Vəzifələr:
Gündəlik, cari mühasibatlıq əməliyyatlarının aparılması;
Ölkədaxili və ölkəxarici bank əməliyyatlarının icrası;
Vergi qanunvericiliyinə uyğun olaraq vergi bəyannamələrinin, eləcə də statistika hesabatlarının vaxtında və düzgün hazırlanaraq müvafiq qurumlara təqdim edilməsi;
E-taxes (Vergilər Nazirliyinin portalı), e-gov və digər dövlət portalları ilə əlaqədar əməliyyatların həyata keçirilməsi;
Debitor və kreditor uçotunun aparılması, ilkin sənədlərin (qaimə, faktura, aktlar və s.) yoxlanılması və sistemləşdirilməsi;
Rəhbərliyin və müştərilərin tələbinə uyğun olaraq tapşırıqların icra edilməsi
Namizədə Tələblər:
Təhsil: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya biznesin idarə edilməsi üzrə ali təhsil;
Təcrübə: Müvafiq sahədə azı 1-3 il iş təcrübəsi (konsalting şirkətində təcrübə üstünlükdür);
Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə biliklər;
Proqram təminatı: MS Office proqramlarında (xüsusilə MS Excel-də) yaxşı səviyyədə işləmək bacarığı;
Şəxsi keyfiyyətlər: Analitik düşüncə tərzi, detallara diqqət, məsuliyyət, vaxtın idarə edilməsi və komandada işləmək bacarığı.
İş Şəraiti:
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
İstirahət günləri: Şənbə və Bazar;
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq 800-900 Azn.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 23.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/smart-advice-consulting-muhasib-154583