Prayk
Mühasibatlıq şöbəsinin müdiri — Maliyyə
2 000 ₼

Mühasibatlıq şöbəsinin müdiri

შემოწმებულიაგუშინ
კატეგორია
ფინანსები
თარიღი
ნახვები
10
ნომერი
№5632557

აღწერა

Vəzifə öhdəlikləri: Mühasibatlıq şöbəsinin fəaliyyətini təşkil etmək, əməkdaşlar arasında iş bölgüsünü aparmaq və tapşırıqların vaxtında icrasına nəzarət etmək; Şirkətin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün, tam və vaxtında əks etdirilməsini təmin etmək; İlkin mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsinə, yoxlanılmasına, sistemləşdirilməsinə və saxlanılmasına nəzarət etmək; Bank və kassa əməliyyatlarının uçotuna, ödəniş sənədlərinin düzgünlüyünə və hesablaşmaların vaxtında aparılmasına nəzarət etmək; Debitor və kreditor borclarının uçotunu, kontragentlərlə qarşılıqlı hesablaşmaların və bank qalıqlarının üzləşdirilməsini təmin etmək; Əməkhaqqı, məzuniyyət, müavinət, mükafat və digər ödənişlərin, həmçinin müvafiq vergi və sığorta öhdəliklərinin düzgün hesablanmasına nəzarət etmək; Gəlir və xərclərin aid olduğu hesabat dövründə düzgün tanınmasını, gələcək dövr xərclərinin və hesablanmış öhdəliklərin uçotunu təmin etmək; Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və mal-material ehtiyatlarının uçotuna, amortizasiyanın hesablanmasına və inventarizasiya nəticələrinin rəsmiləşdirilməsinə nəzarət etmək; Kredit və cəlb edilmiş vəsaitlər üzrə əməliyyatların, faizlərin, komissiyaların və müvafiq ehtiyatların mühasibat uçotunda düzgün əks etdirilməsinə nəzarət etmək; Aylıq, rüblük və illik hesabat dövrlərinin bağlanmasını təşkil etmək, hesab qalıqlarını yoxlamaq və zəruri düzəlişlərin aparılmasını təmin etmək; Vergi və statistika hesabatlarının hazırlanmasına və vaxtında təqdim edilməsinə, vergi və digər məcburi ödənişlərin icrasına nəzarət etmək; Maliyyə hesabatlarının, Mərkəzi Banka və digər aidiyyəti qurumlara təqdim edilən hesabatların hazırlanmasında iştirak etmək; Rəhbərlik üçün mühasibat məlumatları və müqayisəli xərc hesabatları hazırlamaq, aşkar edilmiş əhəmiyyətli uyğunsuzluqlar barədə məlumat vermək; Audit yoxlamaları üçün tələb olunan sənəd və məlumatları təqdim etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılmasını təmin etmək; Mühasibat proseslərinin, uçot proqramlarının və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsində iştirak etmək. Tələblər: Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil; Müvafiq sahədə ən azı 5-7 il iş təcrübəsi; bank və ya BOKT sahəsində təcrübə üstünlükdür; Peşəkar Mühasib Sertifikatının (PMS) olması üstünlükdür; 1C 8.3 proqramını yüksək səviyyədə bilmək; MS Office proqramları, xüsusilə Excel üzrə yüksək səviyyədə bilik; Vergi qanunvericiliyi, mühasibat uçotu və maliyyə hesabatlarının hazırlanması üzrə biliklər; Kredit əməliyyatlarının uçotu və portfel məlumatlarının üzləşdirilməsi üzrə bilik və bacarıqlar; Elektron hesabat portallarında işləmək bacarığı; Analitik düşüncə, dəqiqlik, məsuliyyət və komandanın işini təşkil etmək bacarığı; Azərbaycan dilini mükəmməl bilmək; rus dili biliyi üstünlükdür. İş barədə məlumat: Əməkhaqqı: 2 000 AZN-dən başlayaraq; İş yeri: Bakı şəhəri, Aşıq Molla Cümə küçəsi; İş qrafiki: 5 günlük iş həftəsi, saat 09:00–18:00; Komfortlu ofis şəraiti, müasir idarəetmə sistemi və mehriban komanda. CV-nizi mövzu hissəsində “Mühasibatlıq şöbəsinin müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Maaş: 2000 AZN Son müraciət tarixi: 05.12.2026 E-mail: [email protected] Müraciət: https://jobsearch.az/vacancies/mj-finance-muhasibatliq-sobesinin-mudiri-155612
რეკლამა