Prayk
Nəqliyyat və Logistika Əməliyyatları üzrə Menecer — Nəqliyyat, logistika, anbar
შეთანხმებით

Nəqliyyat və Logistika Əməliyyatları üzrə Menecer

შემოწმებულიადღეს
თარიღი
ნახვები
14
ნომერი
№6142999

აღწერა

İş yeri: Bakı Vəzifənin məqsədi Şirkətin öz avtoparkının və kənar daşıyıcılarla həyata keçirilən yükdaşımaların idarə edilməsi, nəqliyyat əməliyyatlarının planlaşdırılması, sürücülərə, sənədləşməyə, texniki xidmətə və daşımaların vaxtında icrasına nəzarət. Əsas vəzifə öhdəlikləri Şirkətə məxsus yük avtomobillərinin və qoşquların iş qrafikinin, marşrutlarının və gündəlik fəaliyyətinin idarə edilməsi. Sürücülərin işinin təşkili, fəaliyyətinə və avtomobillərin hərəkətinə nəzarət. Müştəri yüklərinin daşınması üçün kənar avtomobillərin və sürücülərin tapılması, daşıma qiymətlərinin razılaşdırılması. Yükləmə, boşaltma və çatdırılma proseslərinin təşkili və nəzarətdə saxlanılması. CMR, TIR, nəqliyyat və xüsusi yük icazələri daxil olmaqla, sənədlərin hazırlanması və yoxlanılması. Yol polisi, nəqliyyat, gömrük və digər dövlət qurumları ilə əlaqələrin koordinasiyası. Avtomobillərin texniki vəziyyətinə, təmir və texniki baxış proseslərinə nəzarət. Servis mərkəzləri və ehtiyat hissələri təchizatçıları ilə əməkdaşlığın təşkili. Daşıma xərclərinin, boşdayanmaların və əməliyyat səmərəliliyinin izlənilməsi. Gündəlik hesabatların hazırlanması və əməliyyat problemlərinin operativ həlli. Namizədə tələblər Nəqliyyat və beynəlxalq logistika sahəsində minimum 3 il iş təcrübəsi. Dispetçer vəzifəsində iş təcrübəsi, sürücülərin və nəqliyyat vasitələrinin gündəlik fəaliyyətinin koordinasiyası üzrə praktiki biliklər. Beynəlxalq avtomobil daşımaları və nəqliyyat sənədləri üzrə biliklər. Ağırtonnajlı və iriqabaritli yükdaşımalar üzrə təcrübə üstünlükdür. Sürücülərin və kənar daşıyıcıların idarə edilməsi bacarığı. Dövlət qurumları və servis mərkəzləri ilə işləmək təcrübəsi. Planlaşdırma, təşkilatçılıq və operativ qərarvermə bacarığı. MS Excel və digər ofis proqramlarında işləmək bacarığı. Azərbaycan dilini sərbəst, rus dilini yaxşı səviyyədə bilmək. Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq. İş şərtləri Əməkhaqqı: Təcrübə və bacarıqlara uyğun, müsahibə əsasında. Əlavə motivasiya: Nəticələrə əsaslanan bonus sistemi. Əsas gözləntimiz Namizəd şirkətin həm öz avtoparkını, həm də kənar daşıyıcılarla həyata keçirilən daşımaları vahid sistem üzrə müstəqil idarə etməli, proseslərə başdan sona nəzarət etməli və yaranan problemlərin operativ həllini təmin etməlidir. CV-lərinizi mövzu hissəsində “Nəqliyyat və Logistika Əməliyyatları üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 19.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/upsol-trade-and-logistics-neqliyyat-ve-logistika-emeliyyatlari-uzre-menecer-156493
რეკლამა