Əkin texnologiyası:
• Əkin vaxtı: Fevral-mart
• Əkin dərinliyi: 0,5 sm
• Toxumlar arası məsafə: 25–30 sm
• Sıra arası məsafə: 40 sm
• Torpaq: Quru, günəşli, qələvi
• Cücərmə müddəti: 15–25 gün ərzində
Temperatur rejimi: Cücərmə üçün ideal temperatur 20–25°C-dir. İsti və günəşli şəraitdə daha yaxşı inkişaf edir. Donlara qarşı dözümsüzdür.
Suvarma qaydası: Su torpağa verilir. Yarpaqlara və çiçəklərə su vurmaq tövsiyə edilmir. Torpaq quruduqca orta dərəcədə suvarılmalıdır.
Suvarma tezliyi: Həftədə 2–3 dəfə, yayda daha tez-tez.
Ölçü:
Bitkinin hündürlüyü: 1,5–3 metr (düzgün şəraitdə daha da yüksək ola bilər).
Diametri: 1–2 metr yayılma sahəsi.
Çiçək rəngləri: Çiçəkləri ağ, çəhrayı, qırmızı və sarı tonlarda.
Bitkinin dövrü: Çoxillik həmişəyaşıl kol bitkisidir.
Paçkada toxumların sayı: 70 ədəd
Diqqət!Oleandr zəhərli bitkidir. Yarpaqları, şirəsi və çiçəkləri insanlar və ev heyvanları üçün toksikdir. Uşaqların və heyvanların əlçatanlığından uzaqda əkilməli, qulluq zamanı əlcək geyinilməlidir. Budanmış hissələr təbii tullantılara qarışdırılmadan yandırılmalıdır.
© gullerim.az — ამ განცხადების ტექსტი, ფოტოები და სხვა მასალები მათ უფლებამფლობელებს ეკუთვნის.
ტექსტი, ფასი და საკონტაქტო ნომერი ისეა შენახული, როგორც წყაროზე, და ავტომატურად სინქრონიზდება. Prayk მხოლოდ აჩვენებს განცხადებას მეტ მყიდველს, ატარებს ბაზრის ანალიზს, ამოწმებს წყაროსა და განცხადების სანდოობას და ფოტოების ანალიზით აჩერებს დაკოპირებულ განცხადებებს. თუ ავტორი ან უფლებამფლობელი ხართ, შეგიძლიათ განცხადება დაიბრუნოთ მასში მითითებული ტელეფონის ნომრით ან მოითხოვოთ მისი წაშლა.