
12
Proqram təminatı üzrə satış mütəxəssisi
Proqram təminatı üzrə satış mütəxəssisi
შეთანხმებით
შემოწმებულია5 დღის წინ
თარიღი
ნახვები12
ნომერი№3935304
აღწერა
CASPOS MMC komandamıza “Proqram təminatı üzrə satış mütəxəssisi” axtarırıq.
Məsuliyyət və vəzifələr:
Şirkətin proqram təminatları (ERP, Bulud həlləri və s.) barədə mövcud və potensial müştərilərə təqdimatlar etmək;
Müştərilərlə görüşlər (online və oflayn) keçirmək, demo təqdimatlar aparmaq;
Yeni müştəriləri cəlb etmək, mövcud müştəri bazası ilə əlaqələri qoruyub inkişaf etdirmək;
Müştəri ehtiyaclarını analiz edib uyğun proqram həllərini təklif etmək;
Qarşıya qoyulmuş satış hədəflərini icra etmək və nəticələr barədə hesabat vermək;
Müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək;
Tenderlər və kommersiya təklifləri hazırlamaq, müqavilələrin bağlanmasında iştirak etmək;
Satış prosesini CRM üzərindən idarə etmək və satış mərhələlərini izləmək;
Rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək və hesabatlılıq təmin etmək.
Tələblər:
Ali təhsil;
Microsoft Office proqramları (xüsusilə Excel) bilmək;
CRM sistemlərində işləmə təcrübəsi;
Proqram təminatı, ERP, SaaS həlləri və inteqrasiya prinsipləri barədə ümumi biliklər;
Azərbaycan dili – səlis, rus və ingilis dillərini bilmək arzuolunandır;
Minimum 1 il B2B satış təcrübəsi (proqram təminatı və ya texnologiya sahəsində olması üstünlükdür).
Fərdi keyfiyyətlər:
Yaxşı ünsiyyət və təqdimat bacarığı;
Müştəri yönümlü düşüncə və aktiv satış bacarığı;
Analitik düşüncə və problemlərin həllinə yönəlmək;
Tapşırıqları operativ icra etmək və nəticəyə fokuslanmaq;
Daim öyrənməyə və texnologiya yeniliklərini izləməyə maraqlı olmaq.
Əlavə məlumatlar:
Əmək haqqı: Razılaşma yolu ilə;
İş qrafiki: 5 günlük, 09:00–18:00;
Korporativ nömrə və danışıq balansı təmin edilir;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissəsində “Proqram təminatı üzrə satış mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 06.11.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/caspos-mmc-proqram-teminati-uzre-satis-mutexessisi-153057
მსგავსი განცხადებები














