
4
Proqramçı Mütəxəssis (Mid - Level)
Proqramçı Mütəxəssis (Mid - Level)
შეთანხმებით
შემოწმებულია2 დღის წინ
თარიღი
ნახვები4
ნომერი№4171570
აღწერა
Təsvir
Mövcud ERP və digər daxili proqram təminatlarının davamlı inkişafını və təkmilləşdirilməsini təmin etmək;
Biznes ehtiyaclarına uyğun yeni modulların və funksionallıqların hazırlanmasını həyata keçirmək;
Proqram təminatında yaranan texniki xətaları araşdırmaq, səbəblərini müəyyənləşdirmək və aradan qaldırmaq;
Biznes tələblərinə uyğun proqram həlləri hazırlamaq və tətbiq etmək;
API-lərin hazırlanmasını, sistemlərarası inteqrasiyaların qurulmasını və mövcud inteqrasiyaların dəstəklənməsini təmin etmək;
SQL sorğularını, saxlanılan prosedurları və digər verilənlər bazası obyektlərini hazırlamaq və optimallaşdırmaq;
Mövcud proqram kodlarını təhlil etmək, performansını optimallaşdırmaq və kod keyfiyyətini artırmaq;
Test və istehsal mühitlərində proqram təminatının düzgün və fasiləsiz işləməsinə nəzarət etmək;
Proqram təminatı üzrə texniki sənədləri hazırlamaq və yeniləmək;
Biznes analitikləri, QA mütəxəssisləri və digər İT komandaları ilə əməkdaşlıq edərək layihələrin icrasını təmin etmək.
İş qrafiki: 5 günlük - 09:00-18:00
Tələblər
Təhsil: Ali (Kompüter elmləri, İnformasiya texnologiyaları, Proqram mühəndisliyi və ya digər müvafiq ixtisaslar üzrə )
Təcrübə: Minimum 2-3 il peşəkar iş təcrübəsi (Proqram təminatının hazırlanması və inkişafı sahəsində)
Retail, FMCG və ya digər yüksək tranzaksiyalı biznes sistemləri ilə iş təcrübəsinin olması üstünlük hesab edilir;
Backend proqramlaşdırma üzrə, xüsusilə C#/.NET texnologiyaları ilə işləmək üzrə güclü praktiki bilik və təcrübə;
Relyasion verilənlər bazaları və SQL üzrə yüksək səviyyəli biliklər, xüsusilə MS SQL Server ilə işləmə təcrübəsi;
REST API-lərin hazırlanması, inteqrasiyası və sistemlərarası məlumat mübadiləsinin təşkili üzrə praktiki təcrübə;
Git, Azure DevOps və digər versiya idarəetmə, CI/CD və proqram təminatının çatdırılması alətləri ilə işləmə bacarığı;
Veb və/və ya mobil tətbiqlərin arxitekturası, proqram təminatının strukturlaşdırılması və miqyaslandırılması üzrə anlayış;
Yüksək əlçatanlıq və davamlılıq tələb edən kritik və canlı (production) sistemlərin hazırlanması, dəstəklənməsi və təkmilləşdirilməsi üzrə təcrübə;
Sistem performansının, etibarlılığının və dayanıqlılığının təmin edilməsi üzrə anlayış və praktiki yanaşma;
Texniki problemləri sistemli şəkildə təhlil etmək, effektiv həllər formalaşdırmaq və müxtəlif funksional komandalarla əməkdaşlıq etmək bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Nəqliyyat xidməti
Karyera Yükəlişi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 08.11.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/oba-marketler-shebekesi-proqramci-mutexessis-mid-level-153319
მსგავსი განცხადებები














