
22
Prorab (Tikinti işləri üzrə)

1 500 ₼
Prorab (Tikinti işləri üzrə)
შემოწმებულია1 კვირის წინ
თარიღი
ნახვები22
ნომერი№3778024
აღწერა
Vertex Industrial Company tikinti və təmir layihələrində çalışmaq üçün təcrübəli Prorab - Tikinti işləri üzrə mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri:
Tikinti və təmir işlərinin sahədə gündəlik təşkili və icrasına nəzarət;
İşçi və ustalar arasında iş bölgüsünün aparılması və görülən işlərin koordinasiyası;
İşlərin layihə, texniki çertyoj və müəyyən edilmiş iş həcminə uyğun yerinə yetirilməsinə nəzarət;
Beton, hörgü, suvaq, boya, döşəmə, üzlük və digər ümumi tikinti-təmir işlərinin icrasına nəzarət;
Tikinti materiallarına olan tələbatın müəyyən edilməsi və materialların düzgün istifadəsinə nəzarət;
Görülən işlərin keyfiyyətinin və müəyyən edilmiş müddətlərə uyğunluğunun yoxlanılması;
Sahədə yaranan texniki məsələlərin operativ həllinin təmin edilməsi;
Gündəlik görülən işlərin və işçi qüvvəsinin izlənilməsi;
Layihə rəhbərliyinə işlərin gedişatı barədə məlumat və hesabatların təqdim edilməsi;
Sahədə HSE və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət.
Namizədə tələblər:
Tikinti sahəsində Prorab və ya oxşar vəzifədə minimum 3-5 il iş təcrübəsi;
Ümumi tikinti, təmir və rekonstruksiya işləri üzrə praktiki bilik və təcrübə;
Texniki çertyojları oxuma və işləri çertyoja uyğun təşkil etmə bacarığı;
Tikinti materialları və iş texnologiyaları üzrə yaxşı bilik;
İşçi və usta heyətini idarə və koordinasiya etmək bacarığı;
İşlərin həcmini və keyfiyyətini yerində qiymətləndirmək bacarığı;
Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
Sahədə yaranan problemləri çevik şəkildə həll etmək bacarığı.
Ünvan: Caspian Plaza
Əmək haqqı: 1500 AZN
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Tikinti üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Sadəcə vakansiya tələblərinə cavab verən namizədlərin cv-ləri dəyərləndiriləcək.
Maaş: 1500 AZN
Son müraciət tarixi: 04.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/vertex-prorab-tikinti-isleri-uzre-152925
რეკლამა














