3
Reception
Reception
1 000 ₼
შემოწმებულიადღეს
თარიღი
ნახვები3
ნომერი№4545235
აღწერა
Vəzifə funksiyaları:
Müştəriləri, qonaqları və ofisə gələn ziyarətçiləri qarşılamaq və onları peşəkar şəkildə yönləndirmək;
Reception funksiyalarını yerinə yetirmək və yüksək səviyyəli müştəri xidmətini təmin etmək;
Satış şöbəsinə gündəlik inzibati və əməliyyat dəstəyi göstərmək;
Görüşlərin, təqdimatların və digər müştəri tədbirlərinin təşkilində Satış menecerlərinə kömək etmək;
Sənədlərin hazırlanması, çapı, skan edilməsi, çeşidlənməsi və arxivləşdirilməsini həyata keçirmək;
İmzalanmış müqavilələrin və digər sənədlərin skan edilməsini, sistemləşdirilməsini və müvafiq qaydada saxlanılmasını təmin etmək;
Tələb olunan sənədlərin mövcudluğuna və düzgünlüyünə nəzarət etmək;
Gündəlik inzibati və ofis məsələləri üzrə Satınalma (Procurement) şöbəsi ilə əməkdaşlıq etmək;
Təqdimatların, qiymət siyahılarının, kommersiya təkliflərinin və digər satış materiallarının hazırlanmasına dəstək göstərmək;
Müştərilər üçün zəruri sənədləri hazırlamaq və çap etmək;
Zərurət yarandıqda daxili sistemlərə və CRM platformasına məlumatları daxil etmək və yeniləmək;
Satış şöbəsi ilə digər struktur bölmələr arasında sənəd dövriyyəsini əlaqələndirmək;
Satış menecerlərinə gündəlik iş proseslərində operativ dəstək göstərmək;
Satış ofisində nizam-intizamı və iş mühitinin təşkilini təmin etmək;
Rəhbərlik və satış şöbəsi tərəfindən verilən cari inzibati tapşırıqları yerinə yetirmək.
Vəzifəyə olan tələblər:
Ali təhsil;
İş Təcrübəsi: Office Administrator, Receptionist, Customer Service Specialist və ya oxşar vəzifələrdə iş təcrübəsi üstünlükdür;
Müştərilərlə, xüsusilə premium seqment müştəriləri ilə iş təcrübəsi;
Azərbaycan dilində və rus dili şifahi və yazılı ünsiyyət bacarığı;(ingilis dil üstünlükdür)
Yüksək kommunikasiya bacarıqları və peşəkar təqdimat görünüşü;
MS Office proqramlarından, xüsusilə Word və Excel-dən sərbəst istifadə bacarığı;
CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür;
Eyni vaxtda bir neçə tapşırığı yerinə yetirmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı;
Dinamik iş mühitində sakitliyi və peşəkarlığı qorumaq bacarığı;
İş Şəraiti:
İş qrafiki: 5 günlük
İş saatları: 10:00 – 19:00
Nahar şirkət tərəfindən təmin olunur
Əmək haqqı 1000-1200 AZN
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Reception” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 1000 AZN
Son müraciət tarixi: 13.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/avant-construction-reception-153657
რეკლამა