Prayk
Regional Hava Limanları üzrə Dispetçerlərin Tədris Proqramı — Digər, Bakı
შეთანხმებით

Regional Hava Limanları üzrə Dispetçerlərin Tədris Proqramı

შემოწმებულიადღეს
ქალაქიBakı
კატეგორიასხვა

№6443263·ნახვები: 9

აღწერა

"Azərbaycan Hava Yolları" QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi Naxçıvan, Gəncə, Qəbələ, Füzuli, Zəngilan, Laçın, Zaqatala və Lənkəran regionları üzrə HHVİS mərkəzləri üçün Hava Hərəkətinin İdarə olunması üzrə dispetçerlərinin hazırlanması proqramına qəbul elan edir. Proqram haqqında qısa məlumat:"Hava hərəkətinin idarə edilməsi üzrə regional HHİ dispetçerlərin hazırlanması proqramı" Azərbaycan Aviasiya Qaydalarının (AAQ), Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standart və tövsiyə olunan təcrübələrinin, eləcə də Avropa aeronaviqasiya təhlükəsizliyi tələblərinin nəzərə alınması ilə təşkil ediləcəkdir. Proqram "Azərbaycan Hava Yolları" QSC-nin sifarişi əsasında həyata keçirilir və proqramda iştirak edən namizədlərə təhsil müddətində AZAL tərəfindən təqaüd ödəniləcəkdir.Proqramı uğurla tamamlayan və imtahanlardan müvəffəqiyyətlə keçən iştirakçılara hava hərəkətinin idarə edilməsi üzrə dispetçer-tələbə lisenziyasını əldə etmək imkanı yaradılacaq. Lisenziya əldə etmiş şəxslər Azəraeronaviqasiyada müvafiq vəzifə üzrə işlə təmin olunacaqlar. Proqramın müddəti: 12 ayTədris dili: İngilis diliTədris yeri: Bakı şəhəriTədris müddəti başa çatdıqdan sonra iş yeri: Müvafiq Regiondakı Hava Limanı Tələblər: Ali Texniki Təhsil (MAA məzunlarına üstünlük veriləcək);İngilis dili biliyi: B2 və ya daha yüksək səviyyədə;Yaş: 20 - 30 yaş arası. Seçim ProsesiCV-lərin tələblərə uyğunluğunun yoxlanılması;Test mərhələsi – İngilis dili, psixoloji və IQ testləri;Ümumi müsahibə (İnsan Resursları, Funksiya rəhbərliyi və Peşəkar Psixoloqun iştirakı ilə);Sənədləşmə prosesi;Tibbi Müayinə (CAT 3 Sertifikatı);İşə Qəbul və Təlimlər. Vakansiya növü: Tam ştat Şirkət: "Azərbaycan Hava Yolları" QSC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/azal/azal-regional-hava-limanlari-uzre-dispetcerlerin-tedris-proqrami-66328123/apply
რეკლამა