
5
Regionlər üzrə Satış Təmsilçisi

შეთანხმებით
Regionlər üzrə Satış Təmsilçisi
შემოწმებულიადღეს
თარიღი
ნახვები5
ნომერი№5379864
აღწერა
Şirkətimiz Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərəcək, satış sahəsində təcrübəyə və müvafiq müştəri bazasına malik Satış Təmsilçiləri axtarır.
İş əraziləri və hədəf müştəri sektorları:
Şimal zonası
Ərazi: Quba, Xaçmaz, Qusar
Hədəf sektorlar: Meyvə-tərəvəz anbarları, aqroparklar və kənd təsərrüfatı müəssisələri.
2Cənub zonası
Ərazi: Lənkəran, Astara, Masallı, Cəlilabad
Hədəf sektorlar: Kənd təsərrüfatı, balıqçılıq və ərzaq emalı müəssisələri.
Qərb zonası
Ərazi: Gəncə, Şəmkir, Tovuz, Qazax
Hədəf sektorlar: Meyvə-tərəvəz anbarları, süd zavodları, quşçuluq təsərrüfatları, aqrar müəssisələr, hotel və restoranlar.
Mərkəzi və Qarabağ zonası
Ərazi: Yevlax, Bərdə, Ağcabədi, Ağdam, Şirvan
Hədəf sektorlar: Logistika və istehsal müəssisələri, soyuducu anbar obyektləri, hotel və restoranlar.
Əsas vəzifə və öhdəliklər:
Təyin olunmuş region üzrə yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
Müəssisələrin rəhbərləri və qərarverici şəxslərlə işgüzar əlaqələrin qurulması;
Məhsul və xidmətlərin təqdim edilməsi, kommersiya təkliflərinin hazırlanması;
Potensial müştərilərlə görüşlərin keçirilməsi və əməkdaşlıq imkanlarının qiymətləndirilməsi;
Satış planlarının yerinə yetirilməsi və mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi;
Bazarın araşdırılması və yeni satış imkanlarının müəyyənləşdirilməsi.
Namizədə dair tələblər:
Satış sahəsində 1–3 il iş təcrübəsi;
Müvafiq region üzrə hədəf sektorlarında fəaliyyət göstərən müştəri bazasının və ya mövcud işgüzar əlaqələrin olması;
Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Yeni müştərilər cəlb etmək və uzunmüddətli əməkdaşlıq qurmaq bacarığı;
Şəxsi avtomobilinin və sürücülük vəsiqəsinin olması;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
İş şəraiti:
Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək;
İş qrafiki: Sərbəst;
Bonus: Satış nəticələrinə uyğun əlavə bonus imkanları.
Vacib qeyd:
Namizədlər müraciət etdikləri region üzrə ayrıca qiymətləndiriləcəklər. Hər bir Satış Təmsilçisi yalnız müraciət etdiyi və seçdiyi ərazi üzrə fəaliyyət göstərəcək.Namizədin müvafiq regionda yaşaması və ya həmin ərazini yaxşı tanıması, eləcə də orada mövcud müştəri əlaqələrinə malik olması üstünlük deyil, əsas tələb kimi nəzərdə tutulur.Bir region üzrə müraciət edən namizədin başqa regiona yönləndirilməsi nəzərdə tutulmur.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı formatdan istifadə edilməsi xahiş olunur:
Müraciət edilən region – Regionlar üzrə Satış Təmsilçisi vakansiyası
Nümunə: Şimal zonası – Regionlar üzrə Satış Təmsilçisi vakansiyası
Son müraciət tarixi: 30.11.2026
განცხადების წყარო
ორიგინალი განცხადების გახსნა© Titan Group jobsearch.az — ამ განცხადების ტექსტი, ფოტოები და სხვა მასალები მათ უფლებამფლობელებს ეკუთვნის.
ტექსტი, ფასი და საკონტაქტო ნომერი ისეა შენახული, როგორც წყაროზე, და ავტომატურად სინქრონიზდება. Prayk მხოლოდ აჩვენებს განცხადებას მეტ მყიდველს, ატარებს ბაზრის ანალიზს, ამოწმებს წყაროსა და განცხადების სანდოობას და ფოტოების ანალიზით აჩერებს დაკოპირებულ განცხადებებს. თუ ავტორი ან უფლებამფლობელი ხართ, შეგიძლიათ განცხადება დაიბრუნოთ მასში მითითებული ტელეფონის ნომრით ან მოითხოვოთ მისი წაშლა.
რეკლამა







