
Bakı8
Rəqəmsal Marketinq Mütəxəssisi
Rəqəmsal Marketinq Mütəxəssisi
შეთანხმებით
შემოწმებულია6 დღის წინ
ქალაქიBakı
თარიღი
ნახვები8
ნომერი№3830385
აღწერა
Şirkət haqqında məlumat:
APAR velosiped və skuter icarəsini innovativ şəkildə həyata keçirən startap şirkətidir.
Missiyamız şəhərin gözəlliyini və dinamikasını iki təkərlə hiss etmək üçün rahat və ekoloji cəhətdən təmiz nəqliyyat həlli təqdim etməkdir. Xidmətimiz işə getmək və ya sadəcə təmiz havadan zövq almaq üçün mobil tətbiq vasitəsilə elektrikli və pedallı velosipedlərin icarəsini təklif edir.
Təbiətə dost və aktiv həyat tərzini təşviq edən innovativ layihədə yer almaq istəyirsinizsə, vakansiyanı diqqətlə nəzərdən keçirməyinizi xahiş edirik.
İş öhdəlikləri:
Şirkətin marketinq məqsədlərinə uyğun yaradıcı və effektiv rəqəmsal marketinq ideyalarının hazırlanması və həyata keçirilməsi
Velosiped və skuter icarəsi xidmətlərinin tanıdılması, yeni istifadəçilərin cəlb edilməsi və mövcud istifadəçilərin aktivliyinin artırılması üçün kreativ kampaniyaların hazırlanması və həyata keçirilməsi
Sosial media platformaları üçün kreativ kontent ideyalarının hazırlanması və Reels, post, Stories və digər formatlarda kontentin hazırlanması
Sosial media üçün kontent planının hazırlanması və kontentin vaxtında paylaşılmasının təmin edilməsi
Sosial media, Google və digər rəqəmsal reklam kanallarında reklam kampaniyalarının qurulması, idarə edilməsi və optimallaşdırılması
Reklam kampaniyalarının nəticələrinin izlənilməsi, əsas göstəricilərin təhlili və nəticələrə əsasən kampaniyaların optimallaşdırılması
Mobil tətbiqin yüklənmələrinin, yeni istifadəçilərin sayının və tətbiqdən istifadənin artırılması istiqamətində rəqəmsal marketinq fəaliyyətlərinin həyata keçirilməsi
Mövcud istifadəçilərin davranış və maraqlarına əsasən seqmentləşdirilməsi və müvafiq kampaniya və təkliflərin hazırlanması
Bazarın, rəqiblərin və istifadəçi davranışlarının araşdırılması və əldə olunan məlumatların marketinq fəaliyyətlərində tətbiq edilməsi
İstifadəçi rəylərinin toplanması və təhlili, nəticələrə əsasən marketinq fəaliyyətlərinin təkmilləşdirilməsi
Rəqəmsal marketinq fəaliyyətlərinin nəticələri üzrə aylıq hesabatların hazırlanması
Tələblər:
Ali təhsil
Rəqəmsal marketinq sahəsində ən azı 1 il iş təcrübəsi
Meta Ads, Google Ads və digər rəqəmsal reklam alətləri üzrə praktiki biliklər
Sosial media üçün kreativ kontent hazırlamaq və kreativ ideyalar irəli sürmək bacarığı
Reels, post, Stories və digər sosial media formatları üzrə praktiki təcrübə
Reklam kampaniyalarının nəticələrini təhlil etmək və optimallaşdırmaq bacarığı
Analitik düşüncə və rəqəmlərlə işləmək bacarığı
Kreativ düşüncə, təşəbbüskarlıq və yeni ideyalar təklif etmək bacarığı
Marketinq və kontent hazırlanmasında AI alətlərindən effektiv istifadə bacarığı
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
Rus və ya ingilis dili biliyi üstünlükdür
Agentlik təcrübəsinin olması üstünlükdür
Hazırladığı kontent və həyata keçirdiyi reklam kampaniyalarından nümunələr təqdim edə bilməsi üstünlükdür
Rəqəmsal marketinq sahəsində yenilikləri və trendləri izləmək, yeni alət və yanaşmaları tətbiq etmək bacarığı
Dinamik iş mühitində işləmək, bir neçə tapşırığı paralel idarə etmək və nəticəyə fokuslanmaq bacarığı
Məsuliyyətli, təşəbbüskar və komanda ilə işləmə bacarığı
Tapşırıqların və iş proseslərinin idarə edilməsi üçün istifadə olunan proqramlarla (Trello, Asana, Jira və s.) işləmək bacarığı
Biz nə təklif edirik?
Gənc, dinamik və peşəkar kollektivdə işləmək fürsəti
Şəhər mərkində iş yeri
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək
İş vaxtı: Həftə içi 5 gün, 09:00-18:00
Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Rəqəmsal Marketinq mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmənizi xahiş edirik.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/196696/reqemsal-marketinq-mutexessisi
მსგავსი განცხადებები














