Prayk

Sahə Rəisi

1 800 ₼
შემოწმებულია6 დღის წინ
თარიღი
ნახვები
3
ნომერი
№4640187

აღწერა

Tikinti sahəsində fəaliyyət göstərən şirkətimizə tikinti prosesini təşkil edə biləcək, işlərin keyfiyyətinə və vaxtında icrasına nəzarət edəcək Sahə rəisi axtarılır. Əsas vəzifələr: Tikinti və təmir işlərinin gündəlik təşkili və idarə olunması; İşlərin layihəyə, texniki tələblərə və iş qrafikinə uyğun icrasına nəzarət; Ustaların və fəhlələrin iş bölgüsünün aparılması; İşçi heyətinin gündəlik fəaliyyətinə və əmək intizamına nəzarət; Tikinti materiallarından düzgün və səmərəli istifadənin təmin edilməsi; Material ehtiyaclarının əvvəlcədən müəyyənləşdirilməsi və rəhbərliyə bildirilməsi; Görülən işlərin keyfiyyətinin yoxlanılması; İşlərin gedişatı və yaranan problemlər barədə rəhbərliyə məlumat verilməsi; Digər sahə rəhbərləri, mühəndislər və təchizat şöbəsi ilə koordinasiyalı işləmək; Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət; Görülən işlər üzrə gündəlik hesabatların hazırlanması. Tələblər: Müvafiq sahə üzrə ali təhsil Tikinti sahəsində iş təcrübəsi; Tikinti və təmir işlərinin texnologiyasını bilmək; İşçi heyətini idarə etmək və iş bölgüsü aparmaq bacarığı; Layihə və texniki çertyojları oxumaq bacarığı; Məsuliyyətli, intizamlı və operativ olmaq; Problemləri vaxtında müəyyən etmək və həll yolları tapmaq bacarığı; Tikinti şirkətində sahə rəisi və ya müvafiq vəzifədə iş təcrübəsi üstünlükdür; MS Excel və gündəlik hesabatlarla işləmək bacarığı üstünlükdür. Əməkhaqqı: 1,800 AZN. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 1800 AZN Son müraciət tarixi: 15.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/grossmaster-llc-sahe-reisi-153869
რეკლამა