Family School olaraq komandamıza SAT imtahanı üzrə peşəkar, məsuliyyətli, müasir tədris metodlarına yiyələnmiş və nəticəyönümlü müəllimlər axtarırıq.
Namizədə olan tələblər:
SAT Math və ya SAT Reading & Writing (Verbal) üzrə minimum 1–2 il tədris təcrübəsi;
Hər iki bölməni peşəkar səviyyədə tədris edə bilən namizədlərə üstünlük verilir;
İngilis dilində sərbəst ünsiyyət və tədris bacarığı;
Digital SAT imtahanının strukturu, qiymətləndirmə sistemi və aktual tələbləri haqqında ətraflı bilik;
İmtahan strategiyalarını, vaxtın düzgün idarə edilməsini və alternativ həll üsullarını tələbələrə effektiv şəkildə çatdırmaq bacarığı;
SAT Math müəllimləri üçün Desmos kalkulyatorundan effektiv istifadə və onun tədrisi bacarığı;
Beynəlxalq tədris resurslarından və rəqəmsal platformalardan istifadə bacarığı;
Rus dili biliyi arzuolunandır;
Şəxsi SAT nəticəsinin və yüksək nəticə göstərmiş tələbələrinin olması üstünlükdür;
Səbirli, təmkinli, məsuliyyətli və tələbkar olmaq;
Yeniliklərə, davamlı öyrənməyə və peşəkar inkişafa açıq olmaq.
Vəzifə öhdəlikləri:
Dərsləri sistemli və nəticəyönümlü tədris proqramı əsasında aparmaq;
Tələbələrin akademik səviyyəsini, güclü və zəif tərəflərini müəyyənləşdirmək;
Hər bir tələbənin hədəflərinə uyğun fərdi inkişaf strategiyası formalaşdırmaq;
Mütəmadi sınaq imtahanları təşkil etmək və nəticələri təhlil etmək;
Tələbələrə yalnız mövzuları deyil, analitik düşünmə və düzgün imtahan strategiyalarını öyrətmək;
Ev tapşırıqlarına, dərs davamiyyətinə və akademik inkişafa nəzarət etmək;
Tələbələrin inkişafı haqqında akademik heyətə mütəmadi hesabat təqdim etmək.
Biz nə təklif edirik?
Peşəkar və müasir akademik iş mühiti;
Maksimum 3 nəfərdən ibarət kiçik qruplarla tədris imkanı;
Rəqəmsal tədris və imtahan platformasından istifadə;
Davamlı peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq imkanı;
Bilik, təcrübə və tədris yükünə uyğun əməkhaqqı.
Maraqlanan namizədlər CV-lərini “SAT müəllimi – Həzi Aslanov” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektronp oçt ünvanına və ya əlaqə nömrəsinə göndərə bilərlər.
WhatsApp: 051 430 12 13
İş yeri: Family School, Həzi Aslanov filialı
Son müraciət tarixi: 27.12.2026
© Family School · jobsearch.az · ამ განცხადების ტექსტი, ფოტოები და სხვა მასალები მათ უფლებამფლობელებს ეკუთვნის.
ტექსტი, ფასი და საკონტაქტო ნომერი ისეა შენახული, როგორც წყაროზე, და ავტომატურად სინქრონიზდება. Prayk მხოლოდ აჩვენებს განცხადებას მეტ მყიდველს, ატარებს ბაზრის ანალიზს, ამოწმებს წყაროსა და განცხადების სანდოობას და ფოტოების ანალიზით აჩერებს დაკოპირებულ განცხადებებს. თუ ავტორი ან უფლებამფლობელი ხართ, შეგიძლიათ განცხადება დაიბრუნოთ მასში მითითებული ტელეფონის ნომრით ან მოითხოვოთ მისი წაშლა.