
4
Satıcı

600 ₼
Satıcı
შემოწმებულიაგუშინ
თარიღი
ნახვები4
ნომერი№4504654
აღწერა
WHSmith Baku komandamıza qoşul!
Dünyanın tanınmış səyahət pərakəndə satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk mağazası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında açılır.
Yeni mağazamız üçün məsuliyyətli, enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar axtarırıq.
Vəzifə öhdəlikləri:
Müştəriləri qarşılamaq və məhsullar haqqında məlumat vermək
Müştərilərə məhsul seçimində kömək etmək
Məhsulları rəflərə yerləşdirmək və qiymət etiketlərini yoxlamaq
Məhsulların istifadə müddətinə və mağazadakı qalığına nəzarət etmək
Mağazada səliqə və təmizliyin qorunmasında iştirak etmək
Şirkətin müştəri xidməti və satış standartlarına riayət etmək
Namizədə tələblər:
Minimum orta təhsil
Satış və ya xidmət sahəsində iş təcrübəsi üstünlükdür
Azərbaycan dilində sərbəst danışıq bacarığı
İngilis və rus dili biliyi üstünlükdür
Kassa və POS proqramları ilə işləmək bacarığı üstünlükdür
Müştəriyönümlülük və yüksək ünsiyyət bacarığı
Dürüstlük, diqqətlilik və məsuliyyətlilik
Komandada işləmək bacarığı
Növbəli iş rejimində, gecə növbəsində və bayram günlərində işləməyə hazır olmaq
Biz nə təklif edirik?
Beynəlxalq brenddə iş imkanı
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
Stabil əməkhaqqı
Növbəli iş qrafiki
Peşəkar təlim və inkişaf imkanları
Karyera yüksəlişi perspektivi
Dinamik və beynəlxalq iş mühiti
İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, WH Smith Baku mağazası
Əməkhaqqı: 600 AZN.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Maaş: 600 AZN
Son müraciət tarixi: 12.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/whsmith-satici-153612
რეკლამა














