Mərdəkanda 30 sot torpaq sahəsi olan şəxsi bağımı satıram. Mərkəzdə - Zeynalabdin Tağıyevin bağının yaxınlığında ( məhz ilk şəkillərdə, yüksəkliçdəki ərazi Z. Tağıyevin şəxsi bağı olub) Dendrologiya bağı, Pir Həsən Məscidi və 31 saylı orta məktəbin əhatəsində olan dördbucaqlı həyət, iki giriş darvazası, hündür hasarı, yeni monalit tikili 5 otaqlı ev və daha bir təməl-40x60x240cm. ölçülü dəmir beton bloklardan istifadə olunub, 18 tonluq yeraltı ehtiyat su anbarı, əla növ nar və əncir ağacları, içməli su, elektrik və gaz xətləri var. Abşeron və Günəşli sanatoriyaları, Dendrologiya bağındakı iynəyarpaq şam ağacları ətrafı təmiz hava ilə təmin edir. Bura Qızıl Qum bağlarıdır, kəndin ətəyi, 1947-ci ildə ilk bağlar zolağında xüsusi imtiyazlı insanların istifadəsinə verilən elit məhəllə. Dənizkənarı rutubət və qrunt suları, yol ətrafı toz, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazi deyil. Əraziyə xəritədə baxa bilərsiniz. Sənədləri- Çıxarış, Texniki pasport və s. 2 müxtəlif toplum.
© Zibeydə xanım · bina.az — ამ განცხადების ტექსტი, ფოტოები და სხვა მასალები მათ უფლებამფლობელებს ეკუთვნის.
ტექსტი, ფასი და საკონტაქტო ნომერი ისეა შენახული, როგორც წყაროზე, და ავტომატურად სინქრონიზდება. Prayk მხოლოდ აჩვენებს განცხადებას მეტ მყიდველს, ატარებს ბაზრის ანალიზს, ამოწმებს წყაროსა და განცხადების სანდოობას და ფოტოების ანალიზით აჩერებს დაკოპირებულ განცხადებებს. თუ ავტორი ან უფლებამფლობელი ხართ, შეგიძლიათ განცხადება დაიბრუნოთ მასში მითითებული ტელეფონის ნომრით ან მოითხოვოთ მისი წაშლა.