Prayk
Satınalma üzrə aparıcı mütəxəssis — Vakansiyalar, Bakı
შეთანხმებით

Satınalma üzrə aparıcı mütəxəssis

შემოწმებულიადღეს
ქალაქიBakı
კატეგორიავაკანსიები

№6299731·ნახვები: 14

აღწერა

Təsvir: Biz yaşayış kompleksləri, biznes mərkəzləri, ticarət mərkəzləri və digər daşınmaz əmlak aktivlərinin idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biriyik. Satınalma proseslərinin səmərəli və şəffaf şəkildə təşkilini və icrasını təmin edəcək Satınalma üzrə aparıcı mütəxəssis axtarırıq. Bu rol daxili və xarici bazarlarda satınalma proseslərinin planlaşdırılmasına, tender və qiymət sorğularının təşkilinə, bazar araşdırmalarının aparılmasına, təchizatçıların seçimi və qiymətləndirilməsinə, eləcə də satınalma fəaliyyətinin daxili prosedurlara uyğunluğuna nəzarət edilməsinə cavabdeh olacaq. Bu vəzifədə uğur qazanmaq üçün satınalma və danışıqlar aparma bacarıqlarını praktiki əməliyyatlara tətbiq etmək, prosesləri başlanğıcdan yekun nəticəyədək müstəqil idarə etmək, xərcləri optimallaşdırmaq və nəticələrə görə məsuliyyət daşımaq bacarığı əsasdır. Əsas öhdəliklər: Satınalma proseslərinin planlaşdırılması və təşkiliDaxili və xarici bazarlarda satınalma proseslərini planlaşdırmaq, təşkil etmək və koordinasiya etmək.Tender və qiymət sorğusu (RFQ/RFP) proseslərinin şirkətin daxili prosedurlarına uyğun təşkilini təmin etmək.Bazar araşdırmaları aparmaq, qiymətləri təhlil etmək və şirkət üçün optimal satınalma təklifləri hazırlamaq. Təchizatçılarla iş və icraya nəzarətTəchizatçılarla danışıqlar aparmaq, kommersiya şərtlərini müzakirə etmək və uzunmüddətli əməkdaşlıq münasibətlərini idarə etmək.Satınalma sifarişlərinin keyfiyyət, kəmiyyət, qiymət, çatdırılma müddəti və xidmət meyarlarına uyğun icrasına nəzarət etmək.Satınalma şərtlərinin və müqavilə öhdəliklərinin vaxtında və tam icrasını izləmək. Sənədləşmə, hesabatlılıq və proseslərin optimallaşdırılmasıSatınalma sənədlərinin düzgün hazırlanmasını və aidiyyəti struktur bölmələrlə koordinasiyasını təmin etmək.Satınalma fəaliyyəti üzrə hesabatlar hazırlamaq, nəticələri təhlil etmək və təkmilləşdirmə təklifləri vermək.Satınalma proseslərinin səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması üzrə təşəbbüslərdə fəal iştirak etmək. Tələblər: İqtisadiyyat, idarəetmə və ya digər müvafiq sahə üzrə ali təhsil;Satınalma sahədsində minimum 5 il iş təcrübəsi;Satınalma proseslərinin təşkili və təchizatçıların idarə olunması üzrə praktiki təcrübə; Tender, qiymət sorğusu və kommersiya təkliflərinin qiymətləndirilməsi üzrə biliklər;Bazar araşdırması, qiymət analizi və xərclərin optimallaşdırılması bacarığı; Təchizatçılarla effektiv danışıqlar aparmaq və kommersiya şərtlərini qiymətləndirmək səriştəsi;Microsoft Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;Güclü analitik düşüncə, planlama və problem həll etmə bacarığı; Məsuliyyətli, diqqətli və nəticəyönümlü yanaşma; Komanda ilə işləmək və prosesləri koordinasiya etmək bacarığı. Vakansiya növü: Tam ştat Şirkət: Facility Management Group Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/fmg/fmg-satinalma-uzre-aparici-mutexessis-87689040/apply
რეკლამა