Prayk

Satış meneceri

600 ₼
შემოწმებულია2 დღის წინ
ქალაქი
Bakı
კატეგორია
გაყიდვები
თარიღი
ნახვები
5
ნომერი
№4167511

აღწერა

İş barədə məlumat: Satış Meneceri Soulmind komandasına Satış Meneceri axtarırıq. Soulmind psixologiya, kouçluq, insan resursları və təşkilati inkişafı müasir texnologiyalar və elmi yanaşmalarla birləşdirən multidissiplinar inkişaf platformasıdır. Xidmət və proqramlarımızın satışını artırmaq, yeni müştərilər cəlb etmək və mövcud müştəri əlaqələrini inkişaf etdirmək üçün komandamıza Satış Meneceri dəvət edirik. Əsas vəzifələr • Potensial müştərilərin müəyyənləşdirilməsi, soyuq və isti satışların aparılması; • Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun xidmətlərin təqdim edilməsi; • Telefon, e-mail, sosial şəbəkələr və görüşlər vasitəsilə satış prosesinin idarə olunması; • B2B və B2C müştərilərlə danışıqların aparılması və kommersiya təkliflərinin hazırlanması; • Yeni müştərilərin cəlbi və mövcud müştərilərlə uzunmüddətli münasibətlərin inkişaf etdirilməsi; • Satış nəticələrinin izlənilməsi, məlumatların sistemləşdirilməsi və hesabatların hazırlanması; • Bazar və yeni satış imkanlarının araşdırılması. Üstünlük hesab olunur • B2B və B2C satış təcrübəsi; • Korporativ müştərilərlə iş təcrübəsi; • Konsaltinq, psixologiya, kouçluq, HR, təhsil və xidmət sektorlarında satış təcrübəsi; • Telefon, onlayn satış və LinkedIn vasitəsilə müştəri cəlbi təcrübəsi. Biz nə təklif edirik? • Müasir və multidissiplinar iş mühiti; • Yeni layihələrin və satış istiqamətlərinin inkişafında birbaşa iştirak; • Peşəkar və karyera inkişafı imkanları; • Təcrübə və nəticələrə uyğun rəqabətqabiliyyətli əməkhaqqı. İş şəraiti İş yeri: Bakı şəhəri, Xətai prospekti 15, Şərq Bazarı İş rejimi: Tam iş günü İş saatları: 10:00–19:00 Əməkhaqqı: 600 AZN+(%) Müraciət Soulmind-in satış və biznes inkişafında rol almaq istəyirsinizsə, CV-nizi bizə göndərin. Tələblər: Təhsil : Ali İş təcrübəsi : 1 ildən 3 ilə qədər Yaş : 22 - 35 Namizədə tələblər • Ali təhsil; • Satış, biznes inkişafı, müştəri xidmətləri və ya əlaqəli sahədə iş təcrübəsi; • Güclü kommunikasiya, təqdimat və danışıqlar bacarığı; • Müştəri ehtiyaclarını müəyyənləşdirmək və satış etirazlarını idarə etmək bacarığı; • Azərbaycan dilində sərbəst ünsiyyət; ingilis dili biliyi üstünlükdür; • Analitik düşüncə, təşəbbüskarlıq və nəticəyönümlülük; • MS Office və rəqəmsal kommunikasiya alətləri ilə işləmək bacarığı. Əmək haqqı: 500 - 600 AZN Şirkət: Soulmind MMC Müraciət: https://ejob.az/is-elani/104785-satis-meneceri/

მსგავსი განცხადებები