Prayk

Satış Təmsilçisi

შეთანხმებით
შემოწმებულიადღეს
ქალაქიBakı
კატეგორიაგაყიდვები

№6364408·ნახვები: 7

აღწერა

Şirkətimiz Bakı şəhərində satış fəaliyyətinin inkişafına, mövcud satış nöqtələrinin effektiv idarə olunmasına və yeni tərəfdaşların cəlb edilməsinə dəstək göstərəcək Satış təmsilçisi axtarır. İş qrafiki: 5 günlük iş həftəsi, 09:00 – 18:00 Əmək haqqı müsahibə zamanı müzakirə olunur: Əlavə təminatlar: Bonus sistemi, yemək xərclərinin qarşılanması, mobil rabitə təminatı, xidməti avtonəqliyyət. Əsas vəzifə öhdəlikləri: Təyin olunmuş ərazidə satış hədəflərinə nail olmaq və satış göstəricilərini artırmaq; Mövcud satış nöqtələri ilə əməkdaşlığı inkişaf etdirmək və yeni satış nöqtələrini cəlb etmək; Satış nöqtələrinə mütəmadi səfərlər etmək, satış fəaliyyətini və məhsul ehtiyatlarını izləmək; Agentlərə məhsullar, oyunlar, terminallar və satış mexanizmləri üzrə məlumat və təlim vermək; Satış nöqtələrində şirkət standartlarına, ticarət marketinqi və POP materiallarının yerləşdirilməsi qaydalarına riayət olunmasına nəzarət etmək; Agentlərdən daxil olan müraciət və şikayətləri araşdırmaq, həlli istiqamətində tədbirlər görmək; Satış nəticələrini təhlil etmək və müvafiq hesabatları hazırlamaq; Yeni layihələrin və satış təşviqi proqramlarının həyata keçirilməsində iştirak etmək. Təyin olunmus ərazi üzrə rout ziyaretini icra etmek; Təyin olunmus ərazi üzrə satis nöqtələrinin  is fealiyetine nezaret; Namizədə tələblər: Satış sahəsində minimum 2 il iş təcrübəsi; Ali təhsil (üstünlükdür); MS Office proqramları və CRM sistemləri ilə işləmə bacarığı; Güclü ünsiyyət, təqdimat və təşkilatçılıq bacarıqları; Analitik düşünmə və problem həll etmə qabiliyyəti; Nəticəyönümlülük, yüksək motivasiya, məsuliyyətlilik və komandada işləmə bacarığı; B kateqoriyalı sürücülük vəsiqəsi və minimum 2 illik sürücülük təcrübəsi; Mükəmməl təşkilatçılıq və təqdimat bacarıqları; Dəyişikliklərə tez adaptasiya Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satış təmsilçisi – Bakı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208710/satis-temsilcisi
რეკლამა