Əsas vəzifələr:
Müraciət edən namizədlərlə zəng və yazışma vasitəsilə əlaqə qurmaq, onları fərdi konsultasiyaya dəvət etmək;
Konsultasiya zamanı namizədin məqsəd və ehtiyaclarını müəyyənləşdirmək, ona uyğun təlim proqramını təqdim etmək və satışı nəticəyə çatdırmaq;
Qərar verməkdə tərəddüd edən müştərilərlə davamlı əlaqə saxlamaq və satış prosesini sonadək idarə etmək;
B2B istiqamətində korporativ müştərilərlə görüşlərdə, təqdimatlarda və danışıqlarda iştirak etmək;
Həssas və mübahisəli hallarda müştəri məmnuniyyətini və şirkətin maraqlarını balanslı şəkildə qoruyan həll yolları tapmaq;
CRM-də qeydləri düzgün aparmaq, satış göstəricilərini izləmək və aylıq hədəflərə çatmaq;
Satış skriptlərinin və standartlarının təkmilləşdirilməsinə öz təcrübəsi ilə töhfə vermək, yeni əməkdaşların adaptasiyasına dəstək olmaq.
Namizəddən gözləntilərimiz:
Fərdi müştərilərlə satış sahəsində minimum 4 il təcrübə;
Rəqəmlərlə ifadə olunan real satış nəticələri;
Təhsil və ya xidmət sektorunda, konsultasiya əsaslı satışda təcrübə üstünlükdür;
Komanda idarəetməsi və ya mentorluq təcrübəsi üstünlükdür;
Güclü şifahi və yazılı kommunikasiya, aydın və savadlı nitq, fərqli müştəri profilləri ilə professional münasibət qurmaq bacarığı;
Peşəkar görünüş və təqdimat bacarığı;
Satış göstəriciləri ilə işləmək bacarığı: konversiya, CRM;
Rus dili biliyi üstünlükdür;
Yüksək məsuliyyət, nizam-intizam, komanda qaydalarına hörmət və nəticəyönümlülük.
Bu rolda bizə müştəri ilə işləməyi, onu dinləməyi və doğru qərara yönləndirməyi bacaran, satışı özü nəticəyə çatdıran və zamanla komandasını öz nümunəsi ilə gücləndirəcək bir satış mütəxəssisi lazımdır.
Maraqlanan namizədlərdən müraciətlərini “Senior Satış Mütəxəssisi | Ad Soyad” mövzu başlığı ilə, mail mətnində aşağıdakı 3 bəndə cavablarını qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər:
Son işinizdə nə satırdınız? Ayda təxminən neçə müştəri ilə danışırdınız və onlardan neçəsi satışla nəticələnirdi?
Əvvəlcə almaq istəməyən, amma sonda satın alan bir müştərinizi xatırlayın: o nə dedi və siz nə etdiniz?
Arzu etdiyiniz əmək haqqının minimum və maksimum aralığı.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208320/satis-uzre-boyuk-mutexessis-satis-komanda-rehberi-perspektivi-ile
რეკლამა
ჩვენ ვიყენებთ ქუქი-ფაილებს ანალიტიკა — მხოლოდ თქვენი თანხმობით; აუცილებელი ქუქი-ფაილები ყოველთვის ჩართულია.კონფიდენციალურობის პოლიტიკა