
Bakı11
Serebral iflic və uzunmüddətli qayğı üçün funksional əlil arabası


240 ₼
Serebral iflic və uzunmüddətli qayğı üçün funksional əlil arabası
ასლიმეორადი1 თვის წინ
აღწერა
Serebral iflic və uzunmüddətli qayğı üçün funksional əlil arabası
- Tam yatan və yarı-yatan rejim: arxa dayağı və oturacaq bucağı tənzimlənir, xəstəxana tipli istirahət imkanı verir.
- Ayrı-ayrı tənzimlənən ayaqaltılar: bucaq və hündürlük dəyişdirilir, baldır dayaqları və topuq üçün sabitləyicilər var.
- Hündürlüyü və bucağı tənzimlənən başlıq: iki tərəfli yastıqla baş-boyun dəstəyi.
- Yan tərəf və çanaq üçün əlavə sabitləmə: təhlükəsizlik kəməri, bud və dizləri fiksə edən yumşaq dayaqlar.
- Qalın yastıqlı, nəfəsalan oturacaq və arxa hissə: uzun oturuşda rahatlıq üçün.
- Qolaltılar yumşaq və qaldırılıb-endirilə bilir, köçürməni asanlaşdırır.
- Arxa iri təkərlər və ön manevr təkərləri: ev daxilində və hamar səthlərdə rahat idarəetmə.
- Mexaniki əyləc sistemi: hər iki tərəfdə kilidləmə.
- Asan təmizlənən, nəmə davamlı üzlük.
- Möhkəm polad çərçivə, sabit konstruktor.
- Rəng: mavi çərçivə, qara-mavi oturacaq komplekti.
Uyğundur:
- serebral iflic, insult sonrası reabilitasiya, uzunmüddətli yataq rejimi olan şəxslər;
- evdə baxım və reabilitasiya müəssisələri üçün.
Komplektasiya:
- arabə gövdəsi
- tənzimlənən başlıq
- iki ədəd ayaqaltı modulu
- təhlükəsizlik kəməri və əlavə yan-dayaq yastıqları.
რეკლამა













