
5
Sətəm üzrə mütəxəssis

შეთანხმებით
Sətəm üzrə mütəxəssis
შემოწმებულიადღეს
თარიღი
ნახვები5
ნომერი№6029294
აღწერა
İş şəraiti
Şəhər: Bakı
İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00-14:00 nahar vaxtı)
Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri
Şirkətdə sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit (SƏTƏM) üzrə tələblərin tətbiqini və icrasını təmin etmək;
SƏTƏM üzrə daxili siyasət, prosedur və təlimatların hazırlanması, yenilənməsi və tətbiqində iştirak etmək;
Şirkətin ofis və digər iş sahələrində əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə planlı və plandankənar yoxlamalar aparmaq;
İş yerlərində mövcud təhlükələri müəyyənləşdirmək, riskləri qiymətləndirmək və onların azaldılması üzrə tədbirlər hazırlamaq;
Yeni işçilər, təcrübəçilər və podratçılar üçün əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə giriş təlimatlarını təşkil etmək və keçirmək;
İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
Yanğın təhlükəsizliyi, təxliyə və fövqəladə hallara hazırlıq tədbirlərinin təşkilini və icrasını koordinasiya etmək;
İş yerlərində baş vermiş qəza və insidentlərin araşdırılmasında, səbəblərinin müəyyənləşdirilməsində və qabaqlayıcı tədbirlərin hazırlanmasında iştirak etmək;
İş yerlərinin attestasiyası ilə bağlı təşkilati və koordinasiya işlərini həyata keçirmək;
SƏTƏM üzrə sənədlərin, qeydiyyat jurnallarının, hesabatların və digər müvafiq sənədlərin hazırlanmasını və aktual saxlanılmasını təmin etmək;
Şirkətin fəaliyyətinin qüvvədə olan əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ekoloji təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət etmək.
Tələblər
Ali təhsil (əməyin mühafizəsi, texniki, mühəndislik və ya digər müvafiq ixtisaslar üzrə);
SƏTƏM və ya əməyin mühafizəsi sahəsində 1 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi ilə bağlı normativ hüquqi aktlar üzrə biliklər;
Risklərin qiymətləndirilməsi, təhlükələrin müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin hazırlanması üzrə praktiki bacarıqlar;
Əməyin mühafizəsi üzrə təlimatların, prosedurların və hesabatların hazırlanması təcrübəsi;
Yanğın təhlükəsizliyi, təxliyə planları və fövqəladə hallara hazırlıq üzrə biliklər;
MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu sətrində “SƏTƏM üzrə mütəxəssis” vəzifəsini qeyd etməyi unutmayın.
Son müraciət tarixi: 16.12.2026
განცხადების წყარო
ორიგინალი განცხადების გახსნა© ABB-İnvest İnvestisiya Şirkəti QSC jobsearch.az — ამ განცხადების ტექსტი, ფოტოები და სხვა მასალები მათ უფლებამფლობელებს ეკუთვნის.
ტექსტი, ფასი და საკონტაქტო ნომერი ისეა შენახული, როგორც წყაროზე, და ავტომატურად სინქრონიზდება. Prayk მხოლოდ აჩვენებს განცხადებას მეტ მყიდველს, ატარებს ბაზრის ანალიზს, ამოწმებს წყაროსა და განცხადების სანდოობას და ფოტოების ანალიზით აჩერებს დაკოპირებულ განცხადებებს. თუ ავტორი ან უფლებამფლობელი ხართ, შეგიძლიათ განცხადება დაიბრუნოთ მასში მითითებული ტელეფონის ნომრით ან მოითხოვოთ მისი წაშლა.
რეკლამა







