İş yeri: Bakı şəhəri, 28 May metrosu yaxınlığı
UBSTORE komandamıza sosial şəbəkələrin idarə olunması və mağazada kontent çəkilişlərinin həyata keçirilməsi üzrə xanım əməkdaş axtarırıq.
İş şəraiti:
İş yeri: UBSTORE mağazası, 28 May;
Mehriban və dinamik iş mühiti;
Əməkhaqqı: Müsahibə əsasında razılaşdırılır;
İş qrafiki: Razılaşdırılacaq.
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini və varsa, əvvəlki video çəkilişlərindən nümunələri təqdim edə bilərlər.
Öhdəliklər
Mağazanın Instagram, TikTok və digər sosial şəbəkələrində canlı yayımlar açmaq;
Canlı yayımlar zamanı məhsulları təqdim etmək və müştərilərin suallarını cavablandırmaq;
Sosial şəbəkələrə gələn mesaj və rəyləri vaxtında cavablandırmaq;
Müştərilərlə nəzakətli və operativ ünsiyyət qurmaq;
Mağazada məhsulların foto və video çəkilişlərini həyata keçirmək;
Reels və TikTok videolarının çəkilişində iştirak etmək;
Yeni məhsulların təqdimatında və kampaniyaların hazırlanmasında iştirak etmək.
Tələblər
Xanım namizədlər;
Azərbaycan dilində səlis və aydın danışıq qabiliyyəti;
Kamera qarşısında rahat və özünəinamlı olmaq;
Ünsiyyətcil, aktiv və məsuliyyətli olmaq;
Instagram və TikTok platformalarından istifadə bacarığı;
Kreativ düşüncə və yeni ideyalar təklif etmək bacarığı;
Smartfon və texnologiya məhsullarına maraq üstünlükdür;
Təcrübə arzuolunandır, lakin öyrənməyə həvəsli namizədlər də müraciət edə bilər.
© UBSTORE · busy.az · ამ განცხადების ტექსტი, ფოტოები და სხვა მასალები მათ უფლებამფლობელებს ეკუთვნის.
ტექსტი, ფასი და საკონტაქტო ნომერი ისეა შენახული, როგორც წყაროზე, და ავტომატურად სინქრონიზდება. Prayk მხოლოდ აჩვენებს განცხადებას მეტ მყიდველს, ატარებს ბაზრის ანალიზს, ამოწმებს წყაროსა და განცხადების სანდოობას და ფოტოების ანალიზით აჩერებს დაკოპირებულ განცხადებებს. თუ ავტორი ან უფლებამფლობელი ხართ, შეგიძლიათ განცხადება დაიბრუნოთ მასში მითითებული ტელეფონის ნომრით ან მოითხოვოთ მისი წაშლა.