
Bakı5
SMM menecer tələb olunur

450 ₼
SMM menecer tələb olunur
შემოწმებულიადღეს
ქალაქიBakı
თარიღი
ნახვები5
ნომერი№5967149
აღწერა
Vakansiya: Atelye Meneceri və SMM Mütəxəssisi
Şirkət : Körpə Tekstili və Dekoru Atelyesi
Ünvan: Abşeron Gənclər Şəhərciyi (Bakı – Sumqayıt şossesi üzəri)
İş qrafiki: Həftədə 6 gün | 10:00 – 19:00 (1 saat nahar fasiləsi)
Əməkhaqqı: Fiks maaş + Satışdan Yüksək Bonus (Gəlir tam olaraq sizin aktivliyinizdən asılıdır)
Vəzifə Öhdəlikləri:
Sifarişlərin İdarə Olunması və Müştəri Xidməti:
İnstagram üzərindən daxil olan mesajları sürətli və nəzakətlə cavablandırmaq, sifarişləri bütün detalları ilə qeydiyyata alıb müştəriyə təsdiqlətmək və beh ödənişini qəbul etmək.
Hazır olan sifarişlər üzrə çatdırılma sistemində (kuryer şirkəti) sifariş yaratmaq, onun müştəriyə təhvil verilməsinə və ümumi məmnuniyyətə nəzarət etmək.
İstehsalat və Keyfiyyətə Nəzarət:
Sifariş qəbul edilən kimi parça ehtiyatını yoxlamaq (lazım gəldikdə mağazaya gedərək və ya online şəkildə material təminatını həll etmək)
Parçanı kəsimçiyə təhvil vermək və icra vaxtı (deadline) təyin etmək
Kəsilmiş və tikilmiş məhsulların ölçü, model və keyfiyyət uyğunluğunu diqqətlə yoxlayaraq sıfır xəta ilə paketləməyə təhvil vermək
Atelye daxilində işlərin ləngiməməsinə, komandanın cəld və nizamlı işləməsinə nəzarət etmək, hər hansı problem yarandıqda operativ həll yolu tapmaq.
SMM, Çəkiliş və Satış Kanalları:
Atelyedəki gündəlik iş prosesini, məhsul növlərini və fərqliliklərini əks etdirən yaradıcı videolar çəkmək, CapCut-da montaj edərək sosial şəbəkəlırdə paylaşmaq
TikTok platformasında canlı yayımlar açaraq məhsulları tanıtmaq, müştəri suallarını cavablandırmaq və satışları artırmaq
Meta Ads Manager paneli vasitəsilə reklam kampaniyalarını (Target) idarə etmək və hədəf kütləyə uyğun optimizasiyalar aparmaq.
Namizədə Qarşı Tələblər:
Təşəbbüskar və müstəqil: Hər kiçik məsələdə rəhbərliyə üz tutmayan, özü operativ qərarlar qəbul edib həll yolu yaradan
Məsuliyyətli və diqqətli: Sifariş detallarında səhvə yol verməyən, keyfiyyətə nəzarəti öz üzərinə götürən
Təcrübəli: Meta Ads Manager, CapCut və sosial media idarəçiliyi sahəsində praktiki biliyi olan (Parça növləri, kəsim sahəsində biliyi olanlara üstünlük verilir)
Uzunmüddətli əməkdaşlıq: İşə qısamüddətli (bir neçə aylıq) layihə və ya keçid mərhələsi kimi baxmayan, daimi və uzun müddət bizimlə birlikdə böyümək istəyən namizəd tələb olunur
Biz Nə Təklif Edirik?
Dinamik və sərbəst qərar vermə imkanı olan iş mühiti
Sabit fiks maaş və əməyinizin nəticəsinə əsaslanan yüksək bonus sistemi.
Müraciət üçün:
Telefon / WhatsApp: +994 10 101 05 25
(Qeyd: Müraciət edərkən özünüz haqqında qısa məlumat, CV və varsa əvvəlki SMM/video işlərinizdən nümunələri göndərməyiniz xahiş olunur).
განცხადების წყარო
ორიგინალი განცხადების გახსნა© Seren Textiles tap.az — ამ განცხადების ტექსტი, ფოტოები და სხვა მასალები მათ უფლებამფლობელებს ეკუთვნის.
ტექსტი, ფასი და საკონტაქტო ნომერი ისეა შენახული, როგორც წყაროზე, და ავტომატურად სინქრონიზდება. Prayk მხოლოდ აჩვენებს განცხადებას მეტ მყიდველს, ატარებს ბაზრის ანალიზს, ამოწმებს წყაროსა და განცხადების სანდოობას და ფოტოების ანალიზით აჩერებს დაკოპირებულ განცხადებებს. თუ ავტორი ან უფლებამფლობელი ხართ, შეგიძლიათ განცხადება დაიბრუნოთ მასში მითითებული ტელეფონის ნომრით ან მოითხოვოთ მისი წაშლა.
რეკლამა














